Yuxuda arı pətəyi görmək; həyat yoldaşı (arvad) kimi yozulur.
Yəni belə yuxu görən adamın arvadından övlad sahibi olacağına, arvadının isə zəngin olacağına yozulur.
Başqa bir şərhə görə, yuxuda arı pətəyi görmək; Kədər və qəmdən qurtulmağa, yaxşı müsəlman olmağa dəlalət edir.
Bəzən arı pətəyi bir qala bildirir.
Arılar qala sakinləridir, bal isə qala camaatının mülküdür.
Bəzən arı pətəyi qəm və kədərdən qurtulmağa, ibadət və işə üçün boş olmağa yozulur.
Arı pətəyindən nəsə çıxardığını görən ətrafdakılara zülm edər.
Pətəkdən bir şey çıxaran zaman arıların onun üzərinə toplaşdığını, lakin ona zərər vermədiyini görən ətrafdakı insanlar əgər mövqey sahibidirlərsə camaatı ona pislik etməyə təhrik edərlər. Xalqa əleyhinə yığışar. Amma uğur qazana bilməzlər.
Bu arılar onu sancarlarsa, yuxu sahibi camaatdan zərər görər.
Yuxuda Arıların hücumu nəticəsində ölərsə, olduğu ölkəni tərk edər.
Yuxuda Arı Balı Görmək
Yuxuda Bal yediyinizi görmək Çox zəngin bir qadınla evlənəcəyinizə işarədir.
Yuxuda Evdə Bal görmək İşlərinizdə dürüst olmanızın sizə çoxlu faydalar verəcəyinə işarədir.