Yuxuda Armud Görmək

Yuxuda Armud Görmək Mənası Nədir?

Yuxuda Armud görmək xeyrə, mala və nemətə yozulur. Armud görən qadın hamilə qalır. Armudu mövsümündə yeyib evdə armud görmək mala yozulur. Armud görmək, yuxu görənin əldə edəcəyi mülkə işarədir. Armud yeyən şəxs mal-dövlət və nemətə çatar. Mövsümdə armud yemək xeyirə, mövsümü olmayanda armud yemək harama, xəstəliyə dəlalət edir. Armud ağacı hamilə qadın üçün oğlan uşağı, subay qız üçün isə evlənməyi ifadə edir. Bir insanın armud görməsi; o adamın var-dövlətə qovuşacağına yozulur. Xəstə adamın armud ağacı görməsi hər kəsin öləcəyinə yozulur. Kim mövsümündə dadlı yaşıl və ya qırmızı armud yeyərsə, halal mal qazanar. Turş armud kədər əlamətidir. Armud Ağacı Görmək sərvət və pul qazanmaq üçün camaata yaltaqlanan bir insana işarə edir. Bir rəvayətə görə isə zəngin və xeyirxah insana işarə edir.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir