Yuxuda Ata Görmək

Yuxuda Ata Görmək Yozması Nədir?

Yuxuda Atanı Görmək Yozması Nədir?

Yuxuda ata görmək, arzularınızın incisini əldə etməyə işarə edir. Yuxuda ananı, atanı, babanı, qohumları görmək xeyrə yozulur. Bəzən yuxuda ata görmək, gözlənilməz bir yerdən gələcək ruziyə işarədir. Yuxuda atanız tərəfindən sevildiyinizi və nəvaziş gördüyünüzü görmək bütün bəla və müsibətlərdən uzaq olmağa, sevinc və xoşbəxtliyə işarədir. Əgər xəstə biri yuxuda atasını görsə, onun xəstəlikdən sağalacağına işarədir. Yuxuda atasının binada oturduğunu və özünün binanın damını qaldırdığını görmək dünya və dini işlərdə atanızın yolu ilə gedəcəyinizə işarədir.

Yuxuda Atanın Öldüyünü Görmək

Yuxuda Atanın öldüyünü, yuxuda ölmüş atanı görmək, ruhunun şad olması üçün kasıblara sədəqə verməli və ya onun adına bir yaxşılıq etməli olduğunuza işarə edir. Yuxuda Atanızı ölü görmək, diri atanızı ölmüş görmək silinmiş ağrıların yenidən meydana cıxacağına yozulur. Atanın ailə üzvü ilə dava etdiyini görmək də ayrılığa işarə edir.

Yuxuda atanız tərəfindən sevilmək

Kim yuxusunda atası tərəfindən sevildiyini görsə, onun qarşısında xeyirli bir yolun açılacağına işarədir. Problemlərin öhdəsindən gələcəyinə işarədir.

Kim yuxusunda atasını görsə, güc tapıb hadisələrin üstündən cəsarətlə keçə bilər. Beləliklə, problemlərin qarşısını alar. Xəyalpərəstin atası sağdırsa, bu əməkdaşlıq onu xoşbəxt edəcək. Atası vəfat edibsə, bir müddət sonra şad xəbər və sevilən biri gələcək.

Nəblusi: Yuxuda atasını görən istəyinə çatar. İnsanın gördüyü ən gözəl yuxu anasını, atasını, babasınıqohumlarını görməkdir.

Bir insan yuxuda atasını görsə, yuxu görən ehtiyac içində olarsa, ruzisi gözləmədiyi yerdən gələr və kimsə ona səxavət göstərər. İtirdiyi birşey varsa tapar, xəstədirsə şəfa tapar. Yuxuda atanızı görmək sizə qarşı duyğu və düşüncələrinin formasına görə yozulur. Yuxuda atasını görmək məqsədinə çatacağına işarədir. Ata görmək yuxuların ən xeyirlisidir

Yuxuda atanızı bir binada oturduğunu görmək

Yuxuda atasının binada oturduğunu və özünün binanın damını qaldırdığını görmək din və dünya işlərində atasının yolu ilə gedəcəyinə dəlalət edir.

Yuxuda atanızın üzünü qəmgin görmək

Yuxuda atanızı qəmgin sifətlə görmək sənə incikli olduğuna, onu ölü kimi görmək atanıza qarşı davranışınızı yenidən nəzərdən keçirməli olduğunuza işarədir. Atanızın evdən getdiyini görmək sizi sarsıdacaq kədərli bir xəbərlə qarşılaşacağınıza yozulur. Atanızın sizinlə sərt danışdığını görmək sizə olan sevgi və şəfqətinin davam etdiyinə yozulur.

Yuxuda Xəstənin Atasını Görməsi

Xəstə biri yuxuda atasını görsə, sağalar, problemi varsa, rahatlıq tapar, arzusu varsa, gerçəkləşər, birşeyə ehtiyacı varsa biri həll edər. Atanın rifahı insanın öz vəziyyətidir, bir işdə atasının ardınca getmək onun sənət və peşəsini davam etdirməyə yozulur. Ataya ehtiram və hörmət Allaha itaətə, ona itaətsizlik Allahın əmrlərinə itaətsizliyə, Atanın təbəssümü isə ilahi razılığa dəlalət edir. Yuxuda ata ilə dava etmək ayrılığa, ailədən ayrılmağa işarə edir.

Ümumiyyətlə yuxuda atanızı görmək arzularınızın gerçəkləşməsinə, halal qazanca işarə edir. Əgər yuxu görənin atası vəfat edibsə, ehtiyacı olanlara kömək etməlidir. Həyatda olan atanın öldüyünü görmək, unudulmuş acıların təzələnəcəyinə, atanın xəstə olduğunu görmək qazancın boşa yerə xərclənəcəyinə yozulur. Atasının yenidən evləndiyini görmək, bəxt və uğurlu həyata, ana və atasının dalaşdığını görmək, ailədən ayrılmağa yozulur. Atanızın sizi sığalladığını görmək, bütün pisliklərdən uzaq olaraq həyatınıza davam edəcəyinizə, Atanızı sıxıntı içində görmək onun məsləhətinə qulaq asmadığınız üçün sizdən inciyəcəyinə işarədir.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir