Yuxuda Ayaq Görmək

Yuxuda Ayaq Görmək Yozması Nədir?

Yuxuda ayaq görmək yaxşı əmələ, işin davamlılığını təmin edən ünsürlərə, zənginliyin davamlılığına yozulur. Yuxuda gözəl ayaq görmək əzmlə əldə olunacaq gözəl nəticəyə, din və dünya gözəlliyinə, namazı düzgün və nizamlı qılmağa yozulur. Günahkarın ayaqlarını gözəl görməsi, tövbə etməsinə yozulur. Yuxuda ayaqda görünən tük borca, Ayaqda görünən gözəllik dolanışığında rahatlığa yozulur. Yuxuda ayağın kəsilməsi mal-dövlətə gələn zərərə yozulur. Yuxuda ayaq barmaqları ev əhlinin bəzəklərinə yozulur. Yuxuda ayaq sümüyü dolanışıq vasitəsi olan mal və kapitala işarə edir. Yuxuda ayağın sürüşməsini görmək qazancın itirilməsinə, alimlərin səhvlərinə və unutqanlığına dəlalət edir. Yuxuda ayaq görmək ümumiyyətlə insanın böyüyünə, uşağına, istifadə etdiyi nəqliyyat vasitəsinə, icra edilən sənətə, rədd edən və ya rədd edilən şəxsə işarə edir.

Yuxuda ayaq görmək qazanclı işə, sağlam və ağıllı düşüncələrə, qətiyyətli və səbirli davranışlara işarədir. Şikəst ayaq, pis xəbər və kədərə yozulur. Tüklü ayaq, böyük bir cinayətdən təmizlənməyə yozulur. Ayaq kəsmək, bir işə görə mükafatlandırılmağa yozulur. Qız ayağı, işlərdə uğur qazanmağa yozulur. Qadın ayağı, ömürlük boyu çətinliklərə yozulur. Ayaqları yumaq qazanc əldə etməyə işarədir. Öz ayaqlarınızı görmək cansıxıcılıq əlamətidir ki, nəzarəti itirə bilərsiniz. Başqa insanların ayaqlarını görmək rasional qərarları göstərir. Yuxuda təmiz ayaqlar bütün bəlaların geridə qalacağına işarə edir. Çirkli ayaqlar insanın problemi olduğunu göstərir.

Yuxuda Ayaq Sümüyü Görmək Nə Deməkdir?

Yuxuda ayaq görmək, var-dövlətin daimi olmasına, xeyirxah işlər görməsinə, işində üstünlük verdiyi şeyə dəlalət edir. Ayaq sümükləri yuxu görənin dolanışığı olan malına işarə edir. Yuxuda ayaq sümüklərindən yuxarıçıxan bir sümük görmək – yuxu görənin ölümünə işarədir. Yuxuda ayaqda qıl görmək yuxu sahibinin borcunun artacağına işarə edir. Yuxuda bir ayağının çox olduğunu görənin ruzisi artar. Bəzən ayaqlarınızın gözəl görünməsi, işlərində canfəşan olmasına və arzu etdiklərinin nəticəsinin yaxşı olacağına işarədir. Ayaq ona kömək edən şəxsə və kömək etdiyi şeylərə, məsələn, ağsaqqal və ya uşağa, anaya, ata və ya gəmiyə, sənət və ya maliyyəyə işarə edir. Odur ki, yuxuda ayaqlarının kəsildiyini görən adamın mindiyi heyvan ölər və maddi imkanı yox olar.

Bir ayağının qırıldığını və ya kəsildiyini görənin malının yarısı gedər, ya da valideynlərindən biri vəfat edər. Hər iki ayağının kəsildiyini və ya sındığını görən ya ​​səfərə çıxar, malını itirər, ya da ölər. Ayaqlarının dəmirdən və ya misdən olduğunu görənlərin ömrü və pulu çox olar. Ayaqlarının şüşə olduğunu görənlərin ömrü qısa, malı da az olar. Kiminsə ayağını sıxıb bağladığını görməsi, bağlayan tanınmış bir şəxsdirsə, ondan və ya tanımadığı adamlardan xeyir və fayda görəcəyinə dəlalət edir. Yuxusunda bir ayağı olmaq və onunla yeriməyə çalışmaq ondan fayda və xeyir olmayan bir insana inanıb, ondan gözlədiyini tapa bilməməyə yozuylur. Ayağının bir ağaca bağlı olduğunu görmək yaxşı və xeyirlidir. Ayaqlarınızın heyvanın ayağına çevrildiyini görmək güc deməkdir. Yuxuda ayağının qırıldığını görən birinin dövlət başçısına, və ya onun kabinetində oturan birinə yaxınlaşmaması gərəkdiyinə yozulur.

Yuxuda Ayağının Axsadığını Görmək

Ayağının axsadığını görən evlənmək arzusundadır. Ayağınızda ağrı olduğunu, ancaq harada olduğunu tam olaraq anlaya bilmədiyinizi görmək, bilmədiyiniz bir şeydən zərər görəcəyinizə dəlildir. Yuxuda ayağının çox olduğunu görən, səfərə çıxmaq istəsə, çıxacaq, kasıbdırsa, varlanacaq, arzusu varsa yerinə yetəcək, xəstədirsə sağalacaq. Cabir ul Məğribiyə görə; Ayaqlarınızın quş ayağı kimi olduğunu görmək xeyirə yozulur.

Ayaqlarınızın yarıq olduğunu görmək yeddi mənada yozulur:

  1. İçki,
  2. Ömür,
  3. İşləmək,
  4. Mal,
  5. Güc,
  6. Səfər və
  7. Həyat yoldaşı kimi yozulur.

Yuxuda ayaqlarınızın böyüdüyünü görmək, gücünüzün və işinizin artacağına və əzmə yozulur. Ayaqlarınızın kiçildiyini görmək gücünüzün, işinizin və əzminizin azalacağına yozulur. Ayağınızın şişdiyini, amma ağrımadığını görmək ömrünüzün və sərvətinizi artmasına, ayaqların şişməsi və şiddətli ağrılar hiss etmək mülkün və rahatlığın azalacağına və tezliklə ölməyə yozulur. Ayaqlarınızı xınalı görmək evlənəcəyinizə yozulur. Ayaqlarınızı əyri görmək işinizdə doğru yoldan sapacağınıza işarədir. İbn Sirinə görə: Ayaqlar yuxuda olan şəxsin malı və işləri ilə yozulduğu kimi, ayaq barmaqları da qulluqçuları və köməkçiləri ilə yozulur. Yuxuda ayağı ilə bir şey ayaqlamaq, dediyi sözü inkar etməyə dəlalət edir. Yuxuda ayağı üzərindəki çıxıntının çıxdığını və qırıldığını görmək kədərə yozulur.

Yuxuda Ayağın sürüşməsini görmək yozması nədir?

Yuxuda ayağınızın sürüşdüyünü görmək yaxşıya yozulmayıb. Yuxuda ayağınızın sürüşüb yıxıldığını görmək müsibətə düçar olacağınıza, ayağın sürüşsə də yıxılmadığınızı görmək qəm və kədərə düçar olacağınıza işarədir. Bu yuxuda heç bir xeyir yoxdur. Düşmək və ya düşməmək də eyni şəkildə yozulur. Bəzi təfsirçilər demişlər ki, Yuxuda sürüşüb yıxılan adama müsibət gələr. Düşməsə, kədəri yüngülləşər.

Yuxuda Ayaq Görmək Nə Deməkdir?

Ümumiyyətlə, yuxuda ayaq görmək insanın həyatı və dolanışıq vasitəsidir. Ayaqdakı gözəllik və qüvvət dünya xeyirxahlığına və ömür bolluğuna işarədir. Tüklü qıç borclanmağa, əyri ayaq harama tamah etməyə yozulur. Ayağın dəmirdən olduğunu görmək uzun ömürə, ağacdan olduğunu görmək isə az ruzi və tənbəlliyə işarə edir. Ayağın şüşədən, çinidən və digər kövrək əşyalardan olduğunu görmək bəlaların yaxınlaşdığına işarə edir. Bu həm də dünya malında zərərə işarədir. İki ayağın sınması dünya malının getməsinə yozulur. Yuxuda bir ayaqla yeriyib, bir ayağının sınması malın yarısına gələcək ziyana və ya ömrün yarısına gəldiyinə yozulur. Yuxuda gözəl ayaq görmək verilən hədiyyənin qəbul olunacağına və ya gözəl bir hədiyyənin gələcəyinə işarə edir. Tanış qadının ayağını görmək sözügedən qadınla və ya başqası ilə evlənmək deməkdir. Qadın öz ayağını açıq görsə, daha yaxşı vəziyyətə gələcəyinə işarədir. Bu, həm də sahib olduğunuzdan daha yaxşı bir şeyə nail olacağınıza işarədir. Qadının ayağında gördüyü tüklər onun dünya malına gələcək ziyana işarədir. Ona qarşı edilən hiləyə və ya uyğun olmayan bir vəziyyətdən doğru yola çatmağın əlamətidir. Heyvanların ayaqlarının ətli hissələri var-dövlətə və qənimətə, nazik hissələri yetimin malınıa dəlalət edir.

Yuxuda gözəl və formalı ayaqları görmək xoşbəxtliyin və dostluqların xəbərçisidir. Xəstəlikli və ya əlil ayaqlar yoxsulluq və məyusluq deməkdir. Ayağın təmiz və çılpaq olması, bəladan qurtulacağınıza və rahatlaşacağınıza işarədir. Ayaq kirli və tüklüdürsə, böyük problem kimi yozulur. Yuxuda ayaq görmək xeyrə yozulan yuxulardandır. Həyatınızda istədiyiniz və arzuladığınız şeylərə nail olmağa yozulur. Yuxuda ayaqları zəif və quru olan bir insan görmək, zəif və qüdrətsiz vəziyyətə düşəcəyinizə yozulur. Ayağın zədələnməsi kədər və üzüntüyə, özünüzü kəsilmiş ayaqlarla görmək sevincə yozulur. Gözəl ayaqlarınızın olduğunu və əvvəlki kimi dostlarınızın və ailənizin ətrafında gəzdiyini görmək sevilmədiyinizə işarədir. Yuxuda ayaq və baldır görmək dolanışıq, məşğuliyyət və güc deməkdir. Kişinin ayaqları və baldırları qadınlarla, qadınların ayaqları və baldırları kişilərlə müqayisə edilir. Ayağınızın başqa bir ayağa dolaşdığını görmək bəla əlamətidir.

Yuxuda Qıç (Qılça) Görmək

Ayağın gözəl olduğunu görmək iyrənc və pis bir iş görəcəyinizə işarədir. Qıçınızın metaldan və ya ağacdan olduğunu görmək dolanışıq üçün müraciət etdiyiniz yerlərdən əliboş dönəcəyinizə işarədir. Qıçını əyilmiş görmək, malını itiriləcəyinə işarədir. Ayaqlarınızı qalın və güclü görmək, uğur qazanmağa, Ayaqlarının titrədiyini görmək dolanışıqda aciz olduğuna dəlalət edir. Əs Səlimiyə görə: Yuxuda Qıç görmək səfərə işarə edir. Yuxuda ayaqlarınızın ağrıdığını görmək düşündüyünüz səfərə çıxa bilməyəcəyinizə, ayaqlarınızın sınıq olduğunu görmək isə səfərdən gec dönəcəyinizə işarədir. Bir ayağının kəsildiyini görmək, əgər yolçu gözləyirsə, gəlməyəcək və ya gec gələcək. İki ayağının kəsildiyini görmək gözlədiyinin probleminə işarədir. Dəyənəklə yeridiyinizi, ancaq ayaqlarınızın titrədiyini görmək, xəstələnəcəyinizə yozulur. Ayaqlarınıza sarğı sarıldığını görmək, uzaq bir yerdən xəbər alacağınıza və bir yolçunun gələcəyinə işarədir.

Yuxuda ayağının açıldığını görən qadın, içində olduğundan daha yaxşı bir vəziyyətə düşəcəyinə və sahib olduqlarından daha yaxşısını əldə edəcəyinə işarədir. Ayağın əyri olduğunu görmək yuxu sahibinin zina etməsinə işarə edir. Yuxuda ayağında nöqsan görən insan güvəndiyi malda qüsura işarə edər. Bəzən bu çatışmazlıq həmin insanın həyatında olur. Yuxuda tək ayaq üstə yeridiyinizi görsəniz, malınızın yarısı gedər. Hər iki ayağının sındığını görən bütün malını itirər. Yuxuda bir insanın ayaqlarının gözəl və ətli olduğunu görməsi, həmin şəxsin kiməsə hədiyyə göndərəcəyinə və ya başqasının ona hədiyyə göndərəcəyinə işarə edir. Bir qadın yuxuda qıçlarında sıx və qalın tüklər görsə, onun viran qalacağına, əri və ya malı haqqında ona xəyanət ediləcəyinə işarədir.

Bəzən bu yuxu sirlərin açılmasınapis fikirlərdən sonra hidayətə nail olmağa işarə edir. Yuxuda ayaqların açılması yuxu görənin əziz ikən namazını tərk edib zəlil olmasına dəlalət edir. Yuxuda ayaqsız bir adam görmək, işlərinizin çox ləngiyəcəyinə və başınızda bir fəlakətin gəzdiyinə işarədir.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir