NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Yuxuda ayı görmək fırıldaqçı, pis xasiyyətli qadına, namərd bir insana işarədir. Ayı ovlamaq və ya ayı ovçusu görmək sözündə, işində fırıldaq və haram yolu seçən, cahillərin nəzərində dəyərli sayılan alçaq yaradılışda insana yozulur. Ayıya və ya hər hansı bir vəhşi heyvana minmək səriştəli bir şəxs üçün qəyyumluq, əks halda zina etmək deməkdir. Çətinliklər və problemlərlə üzləşəcəyiniz deməkdir. Bir qadın üçün bu yuxu yeni düşmənlərin olacağına və bəzi çətinliklərin yaranacağına işarədir. Ayı öldürmək, bəlalardan qurtulacağınız deməkdir. Ümumiyyətlə, bu yuxu çətinliklər və problemlərlə qarşılaşacağınıza işarə edir. Düşmən deməkdir. Bu Yuxu yad birinə, qəribə gözlənilməz, mürəkkəb hadisələrə işarə edir. Yalnız ayı dişləməsi yaxşı hesab olunur. Yuxuda ayı görmək münafiq, axmaq, düşüncəsiz, düşmənə yozulur. Kim görsə ki, ayıya minir, dövlətdən bir xeyir görər.
Yuxuda ayı əti və dərisi düşmən malı, ayı südü qorxu və təşviş kimi yozulur. Kirmaninin fikrincə: Bu yuxu pis, ağılsız və insanlıqdan uzaq bir kişiyə işarədir. Kim yuxuda ayı mindiyini görsə, düşməninə qalib gələr. Öldürmək də belədir. Başqa bir rəvayətə görə: Yuxuda ayı bəla və fitnə sahibinə, bəzən hiyləgər və ya pis qadına, bəzən də həbsxanaya işarə edir. Bir şəxs ayıya minirsə, səriştəli olduğu təqdirdə ona dini himayə verilər. Bacarıqlı və layiqli deyilsə, kədər və qorxuya məruz qalar, lakin sonra bundan qurtular. Bir qadın üçün bu yuxu düşmənlərinin olacağına və həyatında bəzi uğursuzluqların olacağına işarədir. Ayı öldürmək problemlərdən qurtulacağınız deməkdir. Nəfs səviyyəsində ayı yuxusu qəzəbi ifadə edir. Yuxuda ayı minmək düşməni məğlub etmək deməkdir. Yuxuda ayı dərisi görmək mülkə işarə edir.
Bu Yuxu, dost və köməkçi olaraq görülən birinin əslində pis niyyətli olması və zərər vurması kimi yozulur. Ayı görmək fəlakətə, bəlaya, fitnəyə işarədir. Ayı görmək bəzən zorakı və güclü olmayan, düşmənçiliyində hiylə işlədən oğruya işarə edir. Yuxuda ayı dərisi görmək mülkə, bəzən isə oyunlarla məşğul olan pis, boşanmış qadına işarə edir. Yuxuda ayı görmək, dostun olduğunu düşündüyün düşmənin olduğuna və ondan çox əziyyət çəkəcəyinə işarədir.