NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Yuxuda bağışlamaq yaxşı bir şeydir. Yuxuda birinin bir cinayətkarı bağışladığını görməsi; Allahdan bağışlanmasına dəyən bir iş görəcəyinə, başqa bir şərhə görə, cinayətkarın təqsirini bağışlamaq; savab və mükafat qazanacağına yozulur. Bəzi təfsirçilərə görə: Yuxuda sənə zülm edən birini bağışlayıb onunla barışdığını görmək; sizə qarşı törədilən səhvə görə itkilərə məruz qalacağınıza ancaq səbəbkarın maddi vəziyyəti yaxşı olmadığı üçün o adamdan heç nə tələb etməyəcəyinizə və bununla da böyüklük göstərəcəyinizə işarədir.
Nəblusi: Yuxuda birinin günahını və eyibini bağışladığını görən şəxs, Allah (C.C.) tərəfindən bağışlanacaq bir iş görər.
Yuxuda günahı bağışlanan adamın ömrü uzun olacaq, məşhurlaşacaq və qorunacaq. Əgər qınanmalı və ya intiqam alınmalı olan birini bağışladığını görsə, Allah (c.c.) onun günahlarını bağışlayar.
Əgər bir insan başqasının öz günahını bağışladığını görsə, o insanın ömrü uzun olar və yüksək mərtəbəyə çatar.
Cinayətkarı cəzalandırmaq gücündə olan bir şəxs yuxuda onu bağışlayarsa, bu, həmin şəxsin Allahdan (C.C.) qorxu içində olduğuna dəlalət edir.
Bir insan yuxuda öz günahının Allah (c.c.) və ya Peyğəmbər tərəfindən bağışlandığını görsə, bu, insanın tövbə edərək doğru yola çatacağına və aqibətinin xeyirli olacağına işarə edir.