Yuxuda Bahar Görmək

Yuxuda Bahar Görmək Yozması Nədir?

Yuxuda Bahar Görmək Yozması Nədir?

Yuxuda bahar fəslini görmək, eşq həyatınızın gözəl olacağına yozulur. Kim yuxusunda baharın açdığını görsə, sevgidə çox uğurlu olar. O, sevgi ilə bağlı hər cür sevinclər alar. Bahar ümumiyyətlə çiçəklər mövsümü və bütün bitkilərin yenidən cücərmə vaxtıdır. Yuxuda baharın gəldiyini görmək zənginliyə, firavanlığa, sülhə və əmin-amanlığa işarə edir. Ayaq altında əzilən bahar çiçəklərini görmək xəyal qırıqlığına və talehin dönəcəyinə işarədir. Yuxuda bağçanızda çiçək açan ağacları görmək murada çatmağa işarədir. Subay bir adam bahar çiçəkləri yığdığını görsə, bu, onun tezliklə evlənəcəyinə işarədir. Bir xəstə yaz çiçəklərindən çələng düzəltdiyini və başına taxdığını görsə, xəstəlikdən sağalacağına dəlalət edir. Bahar çiçək açan ağac görmək mal əldə etmək, aşiq olmaq, səadət və qüdrət qazanmaq kimi yozulur.

Bahar Çiçəkləri Görmək

Bahar görmək gəncliyə və təravətə yozulur. Yuxuda bağçasındakı ağacların çiçək açdığını görmək o kəsin arzusunun gerçəkləşəcəyinə yozulur. Bahar çiçəkləri yığdığını görmək əgər subaydırsa, tezliklə nişanlanacağına, evlidirsə, övladı olacağına yozulur. Bahar çiçəklərini yığıb otağınıza apardığınızı görmək çox sevdiyin bir insana qovuşacağəna yozulur.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir