NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Yuxuda bamiyə görmək imkanlı bir adamdan kömək alacağınıza, işlərin yaxşı gedəcəyinə, bolluq və məhsuldarlığa işarə edir. Mövsümündə görülən bamiyə ruzi və qismətə, mövsümdənkənar təzə bamiyə görmək kədərə, qurudulmuş bamiyə düşünülməyən ruzi, mal, pul və qismətə işarədir.
Ümumiyyətlə, bamiyə qismət, ruzi, pul, bolluq və bərəkətdir. Yuxuda Bamiyə görməyin təfsiri halal mal əldə etmək deməkdir. Yuxuda bamiyə arzuya çatacağınıza, xeyir qazanacağınıza, xeyirxah bir insanla dostluq edəcəyinə, ondan xeyir və fayda görəcəyinizə işarədir. Yuxuda bamiyə zəhmətiniz qədər var-dövlət və dərəcə qazanacağınıza işarədir. Necə görülürsə görülsün, yuxuda bamiyə ələ keçəcək mallara işarə edərək xeyirə yozulur.
Yuxuda bamiyə yeməyi yemək şanslı bir dövrə girdiyinizə işarədir. Yuxuda iftarda bamiyə ilə hazırlanmış yemək yemək xeyirli və bərəkətli ruziyə, günahların bağışlanmasına, aqibətinin gözəlliyinə və dində salehliyə yozulur. Yuxuda yediyiniz bamiyə yeməyini həzm etmək yuxu görənin sənətində və işində titiz və çalışqan olduğuna işarə edir.
Könül rahatlığına çatmağa, Bamiyə Yeməyi Bişirmək isə murada çatmağa işarədir. Bir insan yuxuda turş bamiyə yeməyi yemədiyini görüb Rəbbinə həmd-səna desə, sevincə, qəm və kədərdən qurtulmağa işarə edir. Yoxsul biri yuxuda ət ilə bişimiş bamiyə xörəyi görsə, zənginliyə işarədir. Bişirmək mənasında bamiyə bişirmək ruzi, bolluq və mənfəətə yozulur.
Bamiyəni öz mövsümündə bamiyə sahəsindən toplamaq insanın ümidlərinin doğrulacağından xəbər verir. Yuxuda təzə bamiyə toplamaq, rahatlıq tapacağınıza işarədir.
Yuxuda görülən bamiyə sahəsi evliliyə yozulur. Evli insanlar üçün bu yuxu, varlı bir insandan fayda görəcəyinizə işarə edir. Bamiyə sahəsi sahənin böyüklüyü qədər əldə ediləcək mal və ruzi deməkdir.
Quru bamiyə yaxşılığa və bərəkətə işarə edir. Yeyilməyəcək qədər qurumuş və ya xarab olmuş bamiyə, yaşadığınız böyük problemləri ən qısa zamanda geridə qoymağınız lazım olduğunu göstərir. Ümumiyyətlə, yuxuda mövsümündə təzə yaşıl bamiyə görmək xeyirə yozulur.