NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Yuxuda bankda çoxlu pul görmək varlı bir insana çevriləcəyinizə, yuxuda bank görmək isə pul itirəcəyinizə işarədir. Bank kartı görmək isə pul köçürməsinə, hesabınıza pul yatırılacağına və ya üzüntü və kədərə işarədir. Yuxusunda bankda olduğunu görən insan hər cür söz, dedi-qodu, söz-söhbət eşidib təəccüblənəcəyinə işarə edər. Bank aydınlıqdırsa, zərər görməyəcək mənasındadır. Yuxuda bankdan pul çəkdiyinizi görmək yaddaşınızın zəifləyəcəyinə, unutqan bir insana çevriləcəyinizə işarədir. Yuxuda bankın boş olduğunu görmək pul itkisinə işarə edir. Bankdan pul götürdüyünüzü görüb saymaq pul çatışmazlığından pis vəziyyətə düşəcəyinizə yozulur. Bankda işçi olduğunuzu görmək gördüyünüz işdə zərər edəcəyinizə və nəticədə o işi tərk edəcəyinizə işarədir. Başqa bir rəvayətə görə: Bank görmək yaddaşınızın zəifləyəcəyinə işarə edir.
Yuxuda bank pul itkisinə işarədir. Pul çəkmək, maddi cəhətdən vəziyyətinizin yaxşılaşacağı və işdə uğur qazanacağınız deməkdir. Bankda çoxlu pul görmək varlanacağınıza işarədir. Bankda işçi işlədiyinizi görmək taleyinin qaranlıq olduğuna işarədir. Çünki bank faiz qurumudur. Yuxuda banka pul yatırmaq işdə uğurlara, pul çəkdiyinizi görmək isə uğursuzluğa işarə edir. Yuxuda bank görmək maddi çətinliklərdən xəbər verir. Banka pul yatırdığınızı görmək işdə zərərə işarədir. Bank bəzən şirin vədlərlə insanları aldadan insana işarə edir. Bankdan kiməsə pul göndərdiyinizi görmək məktub yazmağa, telefonla zəng etməyə işarədir. Ümumiyyətlə, yuxuda görülən bank zəngin bir insana işarə edir. Bu həm də borc almaq, çətinlik çəkməyi ifadə edir. Bəzən zənginlik və ya rahatlıq kimi yozulur. Bəzən günahkar olan və hər kəsin xor baxdığı birinə yozulur. Yuxuda bank görmək, ümumiyyətlə, yuxu yozmalarına görə xeyirə yozulmur.