Yuxuda Baş Görmək

Yuxuda Baş Görmək Yozması Nədir?

Yuxuda Baş Görmək Yozması Nədir?

Başının birdən çox olduğunu görmək, subaydırsa evliliyə , subay deyilsə düşmənə qalib gəlməyə dəlalət edir. Normaldan daha böyük görünən baş daha çox şərəfə, kiçik baş noqsanlığa yozulur. Açıq baş günah və rüsvayçılıqdan xəbər verir. Yuxuda baş kəsmək təqaüdə çıxmağa, maddi müstəqilliyə işarə edir. Baş aşağı asılmaq məzəmmətlərlə dolu bir həyatın əlamətidir. Yuxuda camaat qarşısında başını aşağı əymək günaha işləməyə işarədir. Əlində bir və ya bir neçə kəsik baş olduğunu görmək başçılığa işarədir. Başının kəsildiyini və onu yerdən götürdüyünü görmək başçılığın əlindən alınmasına işarədir.

Yuxuda Başının Heyvan Başına Çevrilməsi

Başının aslan başına çevrilməsi mülkə yozulur. Başının eşşək, at. it vs. başına çevrildiyini görmək çətinliyə yozulur. Yuxuda başının quş başına çevrildiyini görmək, çoxlu səfərə yozulur. Yuxuda qoyun başına çevrilmək itaətkar olmaq və ya müəyyən miqdarda mülk sahibi olmaq deməkdir. Güclü heyvanlardan birinin başına çevrildiyini görmək vəziyyətinin daha da güclənməsinə, zəiflərinkinə çevrilməsi isə işlərin geriləməsinə səbəb kimi yozulur.

Başdakı yara xəstəliyə, ona vurulan ətir və yağ işin, zəhmətin gözəlliyinə yozulur. Öz başını əlinə götürmək borclu ilə razılaşmağa yozulur. Kəsilən Başı yerinə qoymaq şəhadətə təfsir olunur. Baş yuxusu bəzən idarəçini, alimi, ana və atanı ifadə edir. Yuxuda Başın keçəl olması zəhmətlə qazanılan və heç bir xeyri olmayan mala işarədir. Yuxuda Başı sarğılı görmək soyuqdəyməyə və ya şərdən uzaq olmağa işarə edir. Yuxuda bədəndən ayrılmış kimi görünən canlı baş, əhəmiyyətli bir insanın ağlasığmaz bir hərəkəti üzündən hər şeyin qarışacağına işarə edir. Yuxuda birinin başını kəsmək adamın kiməsə kömək edəcəyinə işarədir. Öz başı kəsilən şəxs də vacib bir şəxsdən kömək alar. Maddi problemlərinizi kiminsə köməyi ilə həll edəcəyiniz kimi yozulur.

Yuxuda Stəkan Görməyin Mənası və Təfsiri

Cəfər-i Sadiq (r.a.) dedi: Yuxuda baş görmək on iki cəhətə yozulur:

  1. Bir camaatın başçısı və ağsaqqalı,
  2. Ata,
  3. Ana,
  4. İmam, rəhbər,
  5. Yüksək dövlət qulluqçusuna,
  6. Alim,
  7. Mal,
  8. Övlad,
  9. Kişi qulluqçu,
  10. Qadın qulluqçu,
  11. Arvad,
  12. İnsan üçün asan dolanışıq.

Yuxuda əlinizdə kəsilmiş bir baş olduğunu görmək, böyük bir şəxs tərəfindən bəyəniləcəyinizə, xeyir və mənfəət qapılarının onun əli ilə açılacağına işarədir. Yuxuda öz başının böyüdüyünü görmək atasının şöhrətinin artacağına işarə edir. Yuxuda iki və ya üç başının olduğunu görmək düşmənə qalib gəlməyə və var-dövlətə işarə edir. Yuxuda oynunuzun vurulduğunu görmək böyük sərvət və zənginliyə işarə edir. Öz başını öz əlində görmək əzəmət və böyüklük deməkdir.

Daniyal (ə.s.) demişdir: Yuxuda baş görmək millətin böyüyünə işarədir. Əbu Səidül-Vaz demişdir: Yuxuda başın böyüdüyünü görmək, şərəf və izzətinin artması, kiçildiyini görmək də bunun əksinə işarədir. Bir insan yuxuda başını təndirə soxduğunu görsə, ona faydası olmayan insanlarla dostluq edəcəyinə dəlalət edir. Yuxuda öz başınızla danışdığınızı görmək xeyir, səadət və nemətə işarə edir. Hər şeyin bir şərəfi olduğu kimi, bədənin ən şərəfli üzvü başdır. Bu səbəbdən də yuxuda baş görmək rəhbərliyə, valideynə, müəllimə, dövlət başçısına və yaxşı işlərə işarə edir.

Yuxuda Kəsilmiş Baş Görmək

Yuxuda əlində çoxlu kəsilmiş başların olduğunu görmək, camaatın ona baş əyib bütün işlərdə ona tabe olacağına işarədir. Yuxuda birinin başını çiy yediyini görmək dövlət adamlarından birinin qeybətini etməyə və bəzi yerlərdən ona gələcək malan işarət edir. Yuxuda öz başını itirdiyini görmək, başın işarə etdiyi insanı itirəcəyinizə işarədir. İmam Nəblusi (r.a) buyurur: Yuxuda başının kəsildiyini görmək, onu götürüb təkrar yerinə qoymaq, və əvvəlki vəziyyətinə gəldiyini görmək Allah yolunda ölməyə dəlalət edir. Yuxuda süngü, nizə və ya çubuqda baş görmək şanlı liderə işarədir.

Başçı yuxuda başında sümük olduğunu görsə, hökmranlıq və qüdrətinə, başının qoç başı kimi olduğunu görsə, ədalət və mərhəmətindən, it başı, zülmündən xəbər verir. Yuxuda bir sultan və ya başçı tərəfindən başınızın kəsildiyini görmək qəm və kədərdən xilas olacağınıza işarədir. Başının özündən ayrı olduğunu görmək, kapitalın əldən çıxacağına işarədir.

Yuxuda Kəsik Baş Görmək

Daniyal Aleyhisselama görə bas böyük insan deməkdir. Əlinizdə baş görmək, böyük bir insanın əlinizdən tutacağına işarədir. Başından ayrıldığını görən, ağsaqqal kimi tanıdığı adamı itirər. Boynunun vurulduğunu görmək, var-dövlətinizin yox olacağından xəbər verir. Kəsilən başın cəsədinə təkrar qaytarıldığını görmək onun itirdiyi var-dövlətini və ya işini geri qaytaracağına dəlalət edir. Kəsilmiş baş ilə danışmaq xeyrə yozulur. Ondan qabaq gedən kəsilmiş başın dalınca qaçan var-dövlət dalınca qaçır. Əgər qaçan başa yetişse, sərvətinə qovuşar. Başının böyüdüyünü görən subaydırsa evlənər, kasıbdırsa varlanar. Başının şüşədən olduğunu görmək, ölümünün yaxın olduğuna, qızıl və ya gümüş olduğunu görmək, ailəsi sayəsində var-dövlətinin artacağına, qurğuşundan və ya qalaydan olduğunu görmək dərdə düşəcəyinə, torpaqdan və ya palçıqdan olduğunu görmək xoşa gələn əməllərdən birini edəcəyinizə işarət edir.

Yuxuda baş yemək fikir baxımından yüksələcəyinizə işarədir. Bu baş möhtəşəm və işıqlı süfrədə yeyilirsə, şöhrətinin sərhədi yoxdur. Qaranlıq və tənha yerdə yeyilsə, intellektual həyatınızın sönük olacağına işarə sayılır. Kirmaniyə görə; Yuxuda baş görmək dövlət böyüyünə işarədir. Boğazı kəsilmədiyi halda başını bədənindən ayrı görən böyükləri və ata-anasından ayrılar. Öz başını kölgəsində və ya güzgüdə görmək çoxlu mal adlanır. Ölü başı və ya onun sümüklərinin bir hissəsini görmək bir ağsaqqaldan kömək almağa işarədir. Başın insandan başqa məxluqun başı olduğunu görmək xeyir və fayda ilə yozulur.

Öz başınızdan başqa bir başı olduğunu görmək beş şəkildə təsvir olunur:

  • Uzun ömür,
  • İş asanlığı,
  • Yaxşı nəticə,
  • Bir şirkə qoşulmaq,
  • Böyüklərinə yaxın olmaq.

Başının yarıldığını və ya yaralandığını və ya sınıq olduğunu görmək üç mənada yozulur:

  • Uşaq,
  • Mirasda bir hadisə,
  • Üstünlük.
Yuxuda Heyvan Başı Görmək

Yuxuda adətən hər hansı heyvanın başını əlinizlə tutduğunuzu görmək, əgər o baş yeyiləcək heyvanın başı olsa, halal qazanılmış mal, baş yeyilməyən başdırsa, haram yolla qazanılan malın nişanəsidir. Kim yuxuda görsə ki, iki-üç başı var, mücadilə etsə, düşmənə qalib gələcək, kasıbsa varlanacaq, varlı olsa, saleh övladı olacaq. Əgər subaydırsa, evlənər və istədiyinə nail olar. Birinin başını aşağı salıb əyildiyini görməyi həmin şəxsin öz səhvini və günahını etiraf edib vəziyyətini düzəltməyə yönəltməsinə dəlalət edir. Bu yuxu həm də həmin insanın uzun ömür sürəcəyinə işarə edir. Bir şəxs yuxuda camaat arasında və ya dövlət başçısının yanında başını aşağı saldığını görsə, səhvlərindən, günahlarından, peşmançılıqlarından tövbə etmək arzusunun olduğuna, tacir olsa, ticarətinin artacağına işarə edir. Başının tərs çevrildiyini görən bir şəxs səfərə çıxmaq istəsə, bu, onun səfərə çıxmasına mane olacaq bir maneənin yaranacağına, arzu etdiyi şeyi çox gec görəcəyinə, yolçu və digər adamın bir müddət sonra öz şəhərinə qayıdacağına işarə edir. Bir adam görsə ki, yuxuda qoyun başı yeyir, şərəf və sərvət qazanar. Bir şəxs yuxuda başının aslan başına çevrildiyini görsə, mülk qazanar. Başının it, eşşək və ya at onun başına çevrildiyini görmək, bəla və sıxıntıya işarə edir.

Baş kapitala, kəsilmiş başlar mülkə işarə edir. İnsanın baş və boyun nahiyəsində yara, çiban və ağrılar olduğunu görmək, ümumiyyətlə, bütün insanlarda olan xəstəliyə dəlalət edir. Başının dördayaqlı heyvanlardan birinin başı kimi olduğunu görən, dərd və bəla bəlaya düşər. Başının filə, şirə, pələngə və ya qurda çevrildiyini görsə, o adam ticarət baxımından özündən yüksək bir şey götürər, bundan faydalanar və düşməninə qalib gələr. Bəzən başın ölçüsü çoxlu bilik, hikmət və ya ağıldan xəbər verir. Başın kiçilməsi rütbənin itirilməsinə, var-dövlətin azlığına və nadanlığa dəlalət edir.

Həmçinin bax: Yuxuda Baş Ağrısı Görmək

Həmçinin bax: Yuxuda Baş örtüyü görmək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir