Yuxuda Bayram Görmək

Yuxuda Bayram Görmək Yozması Nədir?

Yuxuda Bayram Görmək Yozması Nədir?

Bayramlar sevinc və xoşbəxtlik günləridir, ona görə də yuxuda bayram görmək müjdə kimi yozulur. Yuxuda bayram namazından çıxdığınızı görmək, Allah Təala tərəfindən bağışlanacağınıza işarədir. Bayramda uşaqlarla əyləndiyinizi və nə isə aldığınızı görmək uzun ömür və bərəkət deməkdir. Sevinc, dostların və qohumların bir araya toplanması deməkdir. Çətinliklərin aşılacağına, dinc bir həyatın keçəcəyinə, rahat və boluq içində bir həyata qovuşacağına işarə edir. Bayram kədərlərin keçmişdə qalacağına və yaxşı bir dövrün başlayacağına işarə edir.

Ramazan bayramı bir işi görüb bəhrəsini biçməyə, bağışlanmağa, qəm və kədərdən qurtularaq səadətə çatmağa, tövbənin qəbul olunmasına, malı itən və ya zərər edən şəxsin bir vəsilə ilə zərərinin ödənilməsinə yozulur. Bayram günündə olduğunu görmək itirilmiş şeyin tapılmasına və bol ruziyə işarədir. Yuxuda bayram sevincə işarədir. Yuxuda bayram olduğunu və yeni paltarlar geyinmək, yaxınlarınızla barışıb, onlarla bir araya gələcəyinizə işarədir. Bayram namazına getdiyini görmək, dini yolda yaxşı əməllər qazanmağa, bayram namazından çıxdığını görmək, Uca Allah (CC) tərəfindən bağışlanacağına yozulur. Bayram yerinə getdiyinizi və əylənməyinizi görmək, ömrünüzün uzun olmasına işarədir.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir