NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Yuxuda ata-anasının bədduasını (qarğışını) aldığını görmək bəzi yersiz hərəkətlərindən dolayı çox utanacağına işarə edir. Yuxuda uşaqlarına Bəddua etdiyini (Qarğadığını) görmək övladlarının onu utandıracaq işlər görəcəyinə işarə edir. Yuxuda başqası tərəfindən bəddua edildiyini (qarğandığını) görmək hərəkət və davranışlarının yaxınları tərəfindən birmənalı qarşılanmadığına yozulur. İbn-i Sirinin təfsirinə görə: Yuxuda birinin bir şeyə görə bəddua etdiyini (qarğadığını) görməsi üzüntü və kədər əlaməti hesab olunur. Yuxuda bir şeyə görə bəddua (qarğış) etmək görmək yaxşı deyil. Bu yuxu yaxşıya və xeyrə yozulmur. Yuxu görən kimsəyə bəddua etdiyini, qarğadığını görsə, kədər və qəm-qüssə yaşayacağına işarədir. Yuxuda bəddua etmək, qarğamaq görmək, yuxu görənin səhv bir iş üçün addım atacağına işarədir. Bu yuxu həm də yuxu görənin müvəqqəti sağlamlıq problemi yaşayacağına işarə edir.
Yuxuda bəddua etmək, qarğamaq yuxu görənin bəzi arzularının həyata keçməyəcəyinə işarədir. Bu yuxu, yuxu görəndən faydalanmaq istəyən bəzi insanların olduğunu simvollaşdırır. Bu səbəbdən hisslərinizi və düşüncələrinizi istismar etmək istəyən insanlarla diqqətli olmalısınız. Yuxusunda kiməsə qarğış edən adam bəlaya düçar olar. Əgər kimsə ona qarğış edibsə, zamanla dərdlərindən qurtular.
Yuxuda Bəddua (Qarğış) Almaq görmək, yuxu görənin bilmədən edəcəyi bir səhvin digər həyatlara da təsir edəcəyinə işarə edir. Yuxu sahibi iş həyatında bəzi çətinliklərin öhdəsindən gəlmək üçün kimsədən kömək almaq istəyə bilər. Ancaq bu yuxu yuxu görənin maddi və mənəvi cəhətdən əziyyət çəkəcəyinə və ətrafındakı insanlardan inciməməsi lazım olduğuna işarə edir. Yuxuda kimdənsə bəddua (qarğış) almaq oxumaq ətrafınızdakı bəzi insanların sizin haqqınızda yanlış fikirlərə sahib olduğuna işarə edir.
Yuxuda zalım bir insana bəddua, qatğış etdiyini görmək, bəddua, qatğış etdiyin zalım insanı məğlub edəcəyinə işarədir. Heç bir günahı olmayan birinə bəddua, qatğış etdiyini görmək bu, bədduanızın (qarğışınızın) sizə qayıdacağına işarədir.