NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Yuxuda bədən görmək – çılpaq halda öz bədənini normal vəziyyətdə görmək, sağlamlığa, onda bir əskiklik görmək, xəstəliyə yozulur. Ona həddən artıq diqqət yetirdiyinizi görmək nəfsinə düşgünlüyə yozulur. Gözdə və qulaqda ot bitməsi dərs almamağa, nəsihətlərə qulaq asmamağa dəlalət edir. Bütün bədəndə gözəl şəkildə bitən otları görmək o ilin ucuzluq və bolluq içində keçəcəyinə işarədir. Bir insan yuxuda öz bədənini çılpaq və təmiz görsə, bu, dərdlərindən qurtulacağına, həyatının əvvəlkindən daha rahat olacağına işarədir. Yuxuda çılpaq insanlar görmək pis xəbər, söz-söhbət, narahatlıqdır. Yuxuda öz bədənində qüvvət və yaxşılıq görmək qüvvətə, bədəninin böyük olduğunu görmək, mala və şərəfə, bədəninin metaldan və ya palçıqdan olduğunu görmək də ölümə işarə edir.
Yuxuda bədəninizin sağlam olduğunu görmək pis xəstəliyə tutulacağınıza və bəlalara məruz qalacağınıza işarədir. Çünki sağlam olmaq xəstəliyin tərsidir.