NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Yuxuda köhnə və ya yeni bələdiyyə başçısı, sədri görmək, insanlara yardımçı olan insana, dərd və problemi dinləməkdən yorulan məmura yozulur. Yuxuda bələdiyyə sədri, başçısı olduğunuzu görmək sizə çatdırılacaq şikayətə işarədir. Yuxuda bələdiyyə sədri, başçısı liderlik, bacarıqlı olmaq, yüksək vəzifəyə gəlmək deməkdir. Yuxuda bələdiyyə sədrini görmək ləyaqət, elm, ritorika, şöhrət, mühakimə və gözəlliklə yozulur.
Gülərüzlü, sevincli, səxavətli insanlarla qarşılaşacağınıza işarədir. Bundan əlavə, bələdiyyə sədri ilə söhbət etmək özü və ölkəsi üçün yaxşı hadisələrə, yaxşılığa işarədir. Yuxuda bələdiyyə sədri ilə söhbət etdiyinizi və ya nahar etmək bərəkətə, nüfuz qazanmaq, şöhrətə nail olmağa yozulur. Bu yuxu borcdan, həbsdən, yoxsulluqdan qurtulmağa, qorxulardan amanda olmağa işarədir.
Evli olmayanlar üçün evlənməyə, dünya işlərinin yaxşılaşmasına və evlilər üçün başqa xeyirlərə dəlalət edir. Bir şəxs yuxuda bələdiyyə sədri olduğunu görsə, güc və qüdrətinin artacağına, yüksək vəzifələrə gələcəyinə və xalq arasında hörmət qazanacağına yozulur.
Bu yuxu arzu etdiyi şeyə çatmağa yozulur. Yuxuda bələdiyyə sədri ilə əl sıxışdıqlarını görən şəxs vəzifəyə təyin olunar və ya xeyirli ruzi qazanar.
Bu yuxu xeyir və bərəkətə yozulur. Yuxusunda bələdiyyə sədri ilə yemək yediyini görən şəxsin camaat tərəfindən böyük diqqət görəcəyinə, nüfuz və etibar qazanacağına, istəyinə çatacağına yozulur.
Yuxuda görülən bələdiyyə başçıları dünyanın gözəlliklərinə, maddi və mənəvi nemətlərə, hər cür qəm və kədərdən qurtulmağa, sevinc və xoşbəxtliyə işarə edər.