NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Yuxuda bilet görmək tərəddüdlü səfərinizdən rahat dönəcəyinizə yozulur. Nəqliyyat vasitələri biletləri yeni başlayacaq işlərdir. Yuxuda lotereya bileti sürprizdir. Yuxuda bilet səyahətə yozulur. Bu həm də sülh və əmin-amanlığa da işarədir. Bilet görmək ümidə işarədir. Yuxuda bir adamdan lotereya bileti aldığınızı görmək dövlət idarəsindən xəbər gözlədiyinizə işarədir. Yuxuda gəmiyə, qatara və ya təyyarəyə minmək üçün kassadan bilet almaq xəstəliyə tutulacağınıza, lakin bu xəstəliyin uzun sürməyəcəyinə və yaxşılaşacağına işarədir. Yuxuda yolda gedərkən bilet tapmaq bir miras qalacağına işarədir.
Kinoya və ya teatra bilet alıb içəri girdiyini görmək həyat yoldaşı ilə mübahisə etməyə yozulur. Yuxuda teatrdan və ya kinodan çıxdığınızı görmək, əgər anlaşa bilmirsinizsə, həyat yoldaşınızla münasibətinizin yaxşılaşacağına işarədir. Biletə külli miqdarda pul qazandığını görmək hardansa xəbər alıb üzüləcəyinizə işarədir. Biletinizi hər hansı formada olursa olsun itirdiyinizi görmək məhkəmə yolu ilə həll olunacaq bəzi çətinliklər olacaq və bilet almaq bu çətinliklərdən xilas olacağınıza işarədir.