Yuxuda Bina Görmək

Yuxuda Bina Görmək Yozması Nədir?

Yuxuda Bina Görmək Yozması Nədir?

Əgər gözəl bir bina görmüsünüzsə, bu, çox gözəl və uzun həyatınız olacaq deməkdir. Səyahətlərə gedəcək və xoşbəxt həyat sürəcəksiniz. Zədələnmiş bina sağlamlığınızın pisləşəcəyini göstərir. Binanın rənglənməsi borc alacaqlılarının təzyiqi ilə köhnə borclarınızı ödəyəcəyinizə işarədir. Binanın yanması sizin haqqınızda pis düşünənləri məğlub edəcəyinizə, binada işləyən insanla görmək ər-arvad arasında problem olacağına və ayrılığa qədər gedəcəyinə işarədir. Gözəl bina gözəl uzun ömür, zədələnmiş bina xəstəlik əlamətidir. Çirkin bir bina sevgi və işdəki problemlərə işarə edir. Yuxuda bina görmək vacib bir yerə gedəcəyinizə işarədir. Böyük bina çox mühüm iş və dövlət xadimi deməkdir. Yuxuda evin ortasında həyət görmək qıza və bacıya işarədir.

Yuxuda Bina otaqları görmək həyat oldaşı və uşaqlara, dam və tavan idarəçilərə, bəzəkli, naxışlı ev etibara, qəyyumluğa, elmə yozulur. Yuxuda hər cür gözəl bina görmək sevinc və səadətə işarədir. Evə girmək evlənmək və ya hüzur tapmaq deməkdir. Yuxuda Məscid tikdirmək varlı üçün malının zəkatını verməyə, kasıb üçün varlı olmağa, alim və sənətkar üçün faydalı elm və əsərə, idarəçi üçün haqqa, camaata xidmət etməyə yozulur. Kənddə qonaq evi tikdirmək qonaqpərvərliyə işarədir. Şəhərdə insanların rifahı üçün binalar tikdirmək insanlara faydalı iş görməyə yozulur. İctimai binalar vəziyyətindən asılı olaraq bəzən ədalətlə idarə etməyə, bəzən də insanlara haqsızlıq etməyə işarə edir. Bəzən möhkəm bina güc və şiddətə, kömək və icazəyə, bəzən uzunömürlülük göstərir.

Yuxuda Bina Tikmək

Boş ərazidə tikilmiş tək bina görmək ev sahibi olacağına yozulur. Bina tikdiyini görmək, yeni işə başlayacağına,binanın çökdüyünü görmək, dini vəzifələrini yerinə yetirməməyə işarədir. Köçüb yeni binada məskunlaşdığınızı görmək, yeni eviniz olacağına işarədir. Yuxuda yeni tikilmiş binaları görmək peşənizi dəyişəcəyinizə işarədir. Dağılmış və yıxılmış evlər görmək hüzur və ya dolanışıqsızlıq kimi yozulur. Başqa bir rəvayətə görə: Yuxuda yeni tikilmiş bina görmək ondan faydalanmağa işarə edir. Evinizin müəyyən qədər gözəlliklə genişləndiyini görmək bu dünya halının genişliyidir. Bu genişlik olduğundan çox olarsa, o evə bir müsibətin gələcəyinə dəlalət edir. Bəziləri deyirlər ki, əgər insan özünün bina tikdiyini görsə, bu, onun qohumlarını və dostlarını bir yerə toplamağa işarə edir. Binanı yıxdığınızı görmək qohumlarınızın və dostlarınızın dağılacağına, var-dövlətinizin gedəcəyinə işarədir.

Bir bina tikməyə başladığına, bünövrəsini qoyduğunu, və binanı möhkəm tikdiyini görsə, insanın elm, himayə və peşə tələb edəcəyinə və tələb və məqsədinin tezliklə olacağına dəlalət edir. Bir şəxs özünün bir şəhərdə və ya kənddə bina tikdiyini görsə, həmin şəxs o yerdən olan qadınla evlənər. Əgər tikili naxışlıdırsa, təmizlik və sevinclə yanaşı elm və vəlayətə dəlalət edir. Əgər əhəngdən, suvaqdan və kirəmitdən bina düzəltdiyini və üzərində şəkil olduğunu görsə, həmin şəxsin pis işlər görməsinə dəlalət edir. Kim görsə ki, yad ölkədə bina tikib, ağlına gəlməyən qadınla evlənər, ya da qürbətdə yaşayıb orada ölər. Yaş palçıqla bina tikmək din və əqidəyə, quru palçıqla bina tikmək isə bəlaya işarədir. Gözəl bina sevgiyə, sevincə, ruziyə, gözəl paltarlara, subay qızlara və onlardan uşaqlara dəlalət edir.

Yuxuda Mənzil Görmək Nə Deməkdir?

Şəxsi evlər (mənzillər) insanın həyat yoldaşı, ailəsi və dolanışığıdır. Təzə bina tikilsə də, alınsa da, evlənməyə işarədir, Ev divarları ilə bir yerə getsə, köçməyə işarədir. Evin genişlənməsi və içindəki hər cür müsbət dəyişikliklər həyatda yaxşı hadisələrin əlamətləridir. Evdə görünən kiçilmə və azalma dünya malının itirilməsinə işarədir. Geniş ev dünya və axirət səadətinə, dar ev dünyada sıxıntı, axirət əzabına işarədir. Kərpic divarlı taxta ev təqvaya, hündür və əzəmətli binaları olduğunu görmək fitnə və sıxıntıya yozulur. Ev tikmək ailəni, qohumları və dostları bir araya gətirməyə yozulur. Dağınıq ev vəziyyəti səliqəyə salmağa, Yaşayış sahəsində ev tikmək orada bir qadınla evlənməyə işarədir. Evin dirəyi və ya sütunu ataya, Evin yıxılması və ya tavanın çökməsi vəfat etməyə işarədir. Evin bütövlükdə və ya bir hissəsinin bir insanın üzərinə çökməsi fəlakətə dəlalət edir.

Əgər kimse yuxuda Allaha yaxınlaşmaq üçün məscid və ya bir yer tikdiyini görsə, yuxu görən alim olsa, kitab yazar, mal sahibi olsa, zəkat verər. Yuxu görən subaydırsa evlənər, evlidirsə, gözəl ad-sanlı övladı olar, kasıbdırsa zəngin olar. Bir adam yuxuda günbəz görsə, şöhrətli və qiymətli insanlarla dost olacağına işarə edir. Yeni tikilmiş bina görmək heç gözləmədiyi yerdən gələcək ruzi və bərəkətə yozulur. Köhnə binanın yeniyə çevrildiyini görmək, ruzinin artmasına, xeyir qapılarının açılmasına və firavanlığa dəlalət edir. Yuxusunda tanımadığı binaya girib orada bir neçə ölü görmək axirətə işarədir. İçəri girib və oturduğunu görən adamın əcəli yaxındır. Yuxuda evin tavanının, damının və ya divarının dağıldığını və ya yandığını görmək, öz evinizdə bir müsibətin olacağına işarədir. Evinizin böyüdüyünü görmək çoxlu və bol nemətə dəlalət edir.

Cəfəri Sadiq (r.a.) dedi: Yuxuda bina görmək səkkiz mənaya yozulur:

  • Arvad,
  • Ər,
  • Zənginlik,
  • Təhlükəsizlik,
  • Asan dolanışıq,
  • Mal,
  • Yüksək məmuriyyət,
  • Ruzinin bolluğu.
Yuxuda Gözəl Bina Görməyin Mənası və Təfsiri

Əgər yuxuda gözəl bina görmüsünüzsə, çox gözəl və uzun ömür yaşayacaqsınız. Səyahət edəcək və xoşbəxt bir həyat sürəcəksiniz. Zədələnmiş bina xəstəliyin əlamətidir. Yuxuda bina görmək kiminsə işindən faydalanmağa, həyat yoldaşı ilə birləşməyə işarədir. Evində usta və dülgərlərin işlədiyini görmək ailədə boşanmalara səbəb olacaq mübahisəyə işarədir. Yuxuda kirəmit və kərpic yerinə yonulmuş daşdan bina tikmək ləyaqət və bəxtəvərlik, uzun arzu ilə qorxudan arxayın olmaq, qorunan arvadlara, alim, həkim, tərcüməçi, astroloq kimi rəğbət tələb edən insanlara işarə edir.

Yuxuda evinizin müəyyən qədər genişləndiyini görmək bu dünyada vəziyyətin genişliyinə işarə edir. Yuxuda gözəl və uca (hündür) bina görmək dostluq və sevgiyə, ruziyə, sevincə, gözəl paltarlara, subay qızla evlənməyə və ondan doğulacaq övlada işarə edir. Öz evini palçıqla suvandığını və palçığın yaş olduğunu görmək saleh bir insan olacağına işarədir. Yuxuda palçıq yediyinizi görmək o qədər mal yeyəcəyinizə işarədir. Yuxuda öz mülkün olan bir binaya girdiyini görmək həyat yoldaşına və uşaqlarına işarədir. Gözəl bir bina görmək valideynlərinizin sağlamlığına və təhlükəsizliyinə işarədir. Uzaqlardan bir ev görmək, uzaqdan gördüyü xoşbəxtliyin əldə olunacağına işarədir.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir