Yuxuda Borc Görmək

Yuxuda Borc Görmək Yozması Nədir?

yuxuda borc görmək yozması nədir

Yuxuda borclu olduğunuzu görmək yaxşı əlamət deyil. Bu yuxu alçaltma və təhqir kimi yozulur. Yuxuda borcunuzdan qurtulub borcunuzu ödədiyinizi görmək yaxşılıq əlamətidir və xoş günlərin xəbərçisidir. Bəzən haqq sahibinə haqqı ödəmək səfərdən qayıtmağa işarədir. Yenə yuxuda borc ödəmək qəm-qüssədən xilas olmaq deməkdir. Yuxuda borclu olduğunuzu görmək sıxıntı və zillətə işarədir. Yuxuda borc ödədiyinizi görmək, borcunu ödəmək sıxıntıdan qurtulmağa, qohumları ziyarət edib işləri asanlaşdırmağa, həcc mövsümündə həccə getməyə işarədir. Yuxuda vaxtı gələn borcunu ödəmək zəkat verməyə, digər hallarda namaz qılmağa işarədir. Borcu olmadığı halda borclu olduğunu görmək halal qazanc və ya xeyir iş görməyə dəlalət edir.

Həmçinin Bax: Yuxuda Borc Sənədi Görmək

Həmçinin Bax: Yuxuda Borc Almaq və ya Vermək

Özünüzü borclu və ya alacaqlı kimi görmək dostlarla münasibətlərinizin yaxşılaşmasına və ya pisləşməyinə işarədir. Borcunuzu ödədiyinizi görmək ayrılıqların sona çatacağına yozulur. Bir kasıbın probleminə çarə tapacağınıza, çətin vəziyyətdə olan insanlara köməklik göstərəcəyinizə işarədir. Borc vermək maddi imkanları məhdud olanda eşq yaşamaq deməkdir. Borc vermək maddi vəziyyətin pis olan zamanda eşq yaşamaq deməkdir. Borclanmaq eşq və iş həyatınızda problemli günlər yaşayacağınıza işarədir. Yuxuda borc pul aldığınızı görmək, çətinliklərinizdən və şübhələrdən qurtulacağınıza işarədir. Yuxuda borcdan dolayı kədərlənmək yuxu görən adamın borcu varsa, gözlənilməz bir yerdən gələcək pulla borclarını ödəyəcəyinə işarə edir. Kim yuxuda borcunu ödədiyini görsə, doğulduğu yerləri ziyarət edər, bir fəqirə yaxşılıq edər və ya dünyada ona çətin olan bir iş asanlaşar. Bəzi tərcüməçilər yuxuda borcun ödənilməsinin səfərdən qayıtmağa işarə etdiyini söyləyiblər.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir