Yuxuda Boy Görmək

Yuxuda Boy Görmək Yozması Nədir?

Yuxuda Boy Görmək Yozması Nədir

Yuxuda Boyunun həddən artıq uzanması ölümün yaxınlaşmasına yozulur. Boyun Normal olaraq uzanması arzulanana şeyə nail olmağa, boyun qısalması isə zillət və sıxıntıya işarə edir. Yuxuda uzun boylu olduğunuzu görmək fitnə-fəsad törətməyə, bəzən eqoizmə, güc, qüdrət və sərvətlə fəxr etməyə işarə edir. Uzun boyun qısa görünməsində heç bir xeyir yoxdur. Çünki bu yuxu sahibinin rüsvay olmasına və ya ölümünün yaxınlaşmasına işarə edir. Bir şəxs yuxuda bpyunun çox artdığını görsə, bu, insanın səmaya yaxınlaşması ilə əlaqədar ölümünün yaxınlığına və ya rütbə və məqamından azalmasına dəlalət edir. Əgər dövlət qulluqçusu qısa boy olduğunu görsə, dövlət qulluğundan xaric edilər və ya onun istədiyini əldə etməyin mümkün olmadığını göstərir. Yuxuda boyunun qısalması, düşünmək və ya mübahisə etmək qabiliyyətinin olmamasına işarədir. Boyun kiçilməsi müharibə və düşmənçilikdə bədbəxtliyə, zillətə dəlalət edir. Yuxuda boy görmək dövlət qulluğuna müraciət edənin arzu və istəklərinə çatacağına işarə edir.

Boy görmək yuxunun formasına görə müxtəlif cürə yozulur. Yuxuda hündür boy olduğunu görmək ömrün qısa olacağına, özünü qısa boy görmək, ömrünün uzun olacağına işarədir. Başqa bir rəvayətəgörə: Yuxuda uzun boylu olduğunu görmək peşənizdə hər kəsin köməyini və dəstəyini görüb sürətlə irəliləyəcək və maddi cəhətdən güclənəcəksiniz. Yuxuda boyunuzun qısaldığını görmək hər sahədə geriləyərək möhtac vəziyyətə düşəcəyinizə və ətrafınızda sizə kömək edəcək kimsə tapmayacağınıza yozulur. Başqa bir təfsirdə isə: Yuxuda insanın boyunun uzandığını görmək adamın xəstələnəcəyinə, boyunun qısalacağını görmək isə insanın maddi sıxıntıya düşəcəyinə işarə edir. Yuxuda biri ilə boy ölçüb yarışdığınızı görmək imtahana girəcəyinizə işarədir. Əgər yarışdığınız insandan boyunuz uzundursa, girdiyiniz imtahanda qalib gələcəksiniz. Yuxuda bir insanın indiki halından fərqli olaraq uzun boylu olduğunu görməsi o insanın ömrünün uzun olacağına işarə edir. Bir insan yuxuda cırtdan kimi çox qısa olduğunu görsə ömrünün bitib, əcəlinin yaxınlaşmasına işarə kimi yozulur.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir