NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Yuxuda Böyrək Görmək insanın dünyasına kömək edən sənəti, hünəri, bilik və bacarığına, onun köməkçisinə, həyat yoldaşına və dostlarına yozulur. Böyrəklərdə görünən gözəllik yuxarıda qeyd olunanların yaxşılığına, əskiklik isə onlarda görünən mənfiliklərə dəlalət edir. Bir böyrəyini itirmək malın yarısına gələcək zərərə, hər ikisini itirmək isə daş ürəkliliyə dəlalət edir. Heyvan böyrəyi almaq və ya yemək caiz, lakin xoş olmayan şeylər yeməyə işarə edir. Böyrək bəzən barmaqları ifadə edir. Ciddi bir xəstəliyə tutula bilərsiniz. Ətrafınızdakı cütlüklər arasında bəzi davaların da şahidi ola bilərsiniz.
Yuxuda böyrək ağrısından əziyyət çəkdiyinizi görmək qeybət etmək, insanların arxasnından danışmaq kimi bəzi pis vərdişlərinizdən əl çəkməyiniz üçün xəbərdarlıqdır. Böyrəyinizdən daş düşürdüyünüzü görmək indiyə qədər başa çatdıra bilmədiyiniz bəzi problemlərinizi dostlarınızın köməyi ilə həll edəcəyinizə işarədir. Yuxuda böyrək qızartması yemək tezliklə gözlədiyiniz yerdən bir miqdar pul alacağınıza işarədir. Başqa bir rəvayətə görə: Yuxuda böyrək insanın köməkçisi və onun vəziyyətinə uyğun bir şeydir. İki böyrəyindən birinin itirilməsi həmin şəxsin köməkçisinin itirilməsinə dəlalət edir. Böyrəklər zənginlik, həqiqət, səhv və açıqlıq yeridir. Böyrəyini yağlı görmək, bu onun natiq, düz danışan, xətalı və hiləkar varlı olmasına dəlalət edir. Böyrəklərin yağsız olması o insanın kasıb və daha az tədbirli olmasından xəbər verir.
Böyrək insanın qardaşına və digər qohumlarına və uşaqlarına işarə edir. Yuxuda görülən böyrəklər yaxşı bir vasitəçiyə, kədər və sıxıntıdan, qorxulu və təhlükəli şeylərdən qurtulmağa işarə edir. İki böyrək iki arvad, iki uşaq və ya iki dost deməkdir. Böyrəklər dövlət başçısına xidmət edən, ondan mal və yardım alaraq kasıblar arasında paylayan cəsur və güclü insana işarə edir. Bəzi tərcüməçilər, böyrəklər dövlət başçısının köməkçiləridir deyiblər.