Yuxuda Bükmək (Burmaq) Görmək

Yuxuda Bükmək (Burmaq) Görmək Yozması Nədir?

Yuxuda ipi bükmək (burmaq) görmək səfərə işarə edir. Bir şəxs yuxuda qamış, kəndir və ya ip buruduğunu görsə, o şəxs səfərə çıxmalıdır. Əgər bükdüyü şey nazikdirsə, o adamın gedəcəyi yer ucuzluq və bolluq yeri olar. İp və kəndiri bükmək (burmaq) onun üçün asan olarsa, səfəri rahat olar. Bir neçə sapı bir-birinə bükmək və tək bir sap düzəltmək səyahətə yozulur. İp, kəndir və s. bükmək (burmaq) ortaqlıq qurmağa, evlənməyə və ya işi sağlama almağa yozulur. Paltarı büküb qıvrımlamaq işində əzmkarlığa işarə edir. Geyinmədən əvvəl burmaq zinət və gözəlliyə dəlalət edir. İp və ya əyilə bilən şeyləri lazımsız yerə burmaq, haqqı saxtalaşdırmaq və sözü təhrif etmək deməkdir.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir