Yuxuda Bürclər Görmək

Yuxuda Bürclər Görmək Yozması Nədir?

Yuxuda Bürclər Görmək Yozması Nədir

Hz. Danyal (ə.s): Yuxuda Qoç, Şir və Oxatan bürcləri görmək, orduya, buğa, qız və oğlaq, rəhbərliyi əlində tutan adamın oğluna yozulur. Əkizlər, Tərəzi və Dolça bürcləri, rəhbərliyi əlində tutan şəxsin bacarıqlı köməkçisinə, Xərçəng, Əqrəb və Balıqlar rəhbərin rezidenti kimi yozulur.

İbn Şirin: Qoç bürcü görmək, əzəmətli biri ilə dost olacağınıza işarədir. Buğa bürcü, cahil bir adama işinizin düşəcəyinə və diləyinizin gerçəkləşəcəyinə yozulur. Əkizlər bürcü, yaxşı insanla dost olacağınıza və arzunuzun gerçəkləşəcəyinə yozulur. Xərçəng bürcü işinizin alicənab olmayan birinə düşəcəyinə və istəyinizin gerçəkləşəcəyinə işarədir. Qız bürcü, əkinçiyə işinizin düşəcəyinə amma arzunuzun həyata keçməyəcəyinə yozulur. Tərəzi bürcü görmək, bir hakimə işinizin düşəcəyinə və söz verdiyi hər sözə əməl edəcəyinə yozulur. Əqrəb bürcü, düşməninizə və ya pis qadına işinizin düşəcəyinə və buna görə əziyyət çəkəcəyinizə yozulur. Oxatan bürcü görmək, sözü keçən böyük bir insana işinizin düşəcəyinə, istəyinizin həyata keçəcəyinə və beləliklə də xalqın sevgisini qazanacağınıza yozulur. Balıqlar bürcü görmək, təmiz qəlbli bir yad adama işinizin düşəcəyinə və istəyinizin gerçəkləşəcəyinə işarə edir.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir