Yuxuda Buz Görmək

Yuxuda Buz Görmək Yozması Nədir?

Yuxuda Buz Görmək Yozması Nədir

Yuxuda Buz görmək qəm və kədərə, iztirab və ağrıya, həyat yoldaşları və dostlar arasında soyuqluğa yozulur. Yuxuda isti havada suya buz qatmaq təravət və sevincdən xəbər verir. Yuxuda buzların əriməsi küslərin barışmasına və ya tezliklə baş verəcək xoş xəbərlərə və hadisələrə işarədir. Buz görmək xoş xəbərlərlə dərdlərinizin aradan qalxacağına, sonra həyat şərtlərinin xeyrinizə dəyişəcəyinə işarədir. Buz görmək şad xəbərlər eşidəcəyinizə və dərdlərinizin bu xəbərlə sona çatacağına, nəhayət həyat şərtlərinizin müsbət istiqamətdə dəyişəcəyinə işarədir. Bu yuxu həmçinin, sizə zərər vermək istəyən düşmənləriniz olduğuna da işarə edir. Buz üzərində gəzdiyinizi görmək, lazımsız risklər etməməli olduğunuza işarə edir. Ağappaq, təmiz, parlaq buz görmək insanın unutduğu və ya ümidsiz qaldığı bir qismətdir və onun gözlənilmədən gələcəyinə işarədir. Yuxuda iri (böyük) buz parçaları görmək indiyə qədər düşdüyü pis vəziyyətin gözlənilməz bir xəbərlə yaxşıya çevriləcəyinə sübutdur.

Qədəhdə buz görmək, bir imtahanda dərəcə və ya mükafat alacağına, əriyən buz parçası görmək isə dəyərsiz bir iş üçün zəhmət sərf etmək deməkdir. Başqa bir rəvayətə görə: Bir gənc yuxuda buz üzərində sürüşdüyünü görsə, səhv edəcəyinə işarədir. Belə bir yuxu, yetkin yaşda olanlar üçün hilə və aldatmadan asanlıqla qurtulacaqlarına yozulur. Bu yuxu gənc qadınlar üçün evdə işləməyin daha xeyirli olacağına və həyat yoldaşı ilə xoşbəxt bir həyat sürəcəklərinə və sevgisini qazanacaqlarına işarə edir. Yuxuda Buzu əlinə götürüb daşıyan pul tapar. Bir yerdə qəliblər şəklində buz görmək yeni bir iş və qismət qapısıdır. Yuxuda buz görmək sağlamlığa və xoş xəbərlərə yozulur.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir