Yuxuda Buzov Görmək

Yuxuda Buzov Görmək Yozması Nədir?

Yuxuda Buzov Görmək Yozması Nədir

Yuxuda buzov görmək yuxu görənin övladlarına işarədir. İnsanın yuxusunda buzov görməsi, halal mal əldə edəcəyinə işarə edir. Buzov görmək cansıxıcılıqdan, fitnədən və qorxudan qurtulmaq deməkdir. Bu yuxu bəzən şeytana uyulacağına işarədir. Yuxuda görülən buzov yeni işə başlamağa, evlənib yeni yuva qurmağa, bəzən də hamilə qalmağa və bərəkətli (məhsuldar) keçəcək bir ilə yozulur. Həmçinin, buzovla bağlı yuxular insanları aldatmağa çalışan qohuma işarə edir. İbn Sirinə görə: erkək buzovunun olduğunu görmək, erkək övladınızın olacağına və dişi buzovunuzun olduğunu görmək isə, qız uşağınız olacağınıza işarə edir. Evdə buzov görmək oğurluq olacağına işarədir. Yuxuda görülən buzov, sahibinin öz heyvanından doğulubsa və ya ona bağışlanıbsa, erkək uşağa işarə edir.

Yuxuda qara buzovunun olduğunu görmək övladınızın varlı və iffətli bir insan olacağına yozulur. Yuxuda xallı buzovunuzun olduğunu görmək uşağınızın çox yaxşı və xeyirli insan olacağına işarə edir. Kök və sağlam buzovunuz olduğunu görmək övladınızın sağlam və varlı olacağına yozulur. Yuxuda buzov görmək, hərəkətlərinizdə daha diqqətli olmağınız lazım olduğuna işarədir. Yuxuda buzov tutmaq pis hadisələrin ardınca yaxşı günlərin gələcəyinə işarə edir. Ölü buzov görmək müflis olacağınıza və borclarınızla məhkəməlik olacağınıza işarədir. Yuxuda buzov boğmaq, yarımçıq qalacaq səfərə yozulur. Yuxuda buzov bişirmək işdə qazanc əldə etməyə, buzov yemək xoş xəbərə işarə edir. Yuxuda xəstə buzov görmək, günahı olmayan şəxsin haqsız yerə cəzalandırılacağına işarədir.

Yuxuda Buzov Görməyin Mənası Və Təfsiri

İbrahim peyğəmbərin (ə) əhvalatı əsasında bişmiş buzov qorxudan qurtulmağa yozulur. Buzov istedadlı uşaqdır. Bəzən buzov görmək üzüntü, kədər, sıxıntı və Allaha (C.C.) itaət etməməyə işarə edir. Bir insan yuxuda erkək və ya dişi buzovu kürəyinə alıb evinə apardığını görsə, o kəsə gələcək bir kədərə işarə edir. Buzov görmək xeyirxahlıq etmək qabiliyyətinə malik olan uşağa işarə edir. Ətli və kök buzov görmək oğlan uşağına və düşmən üzərində qələbəyə işarədir. Bəzən buzov görmək kədər, qəm, sıxıntı, günah işləmək və dini əmrlərə itaətsizliyə işarə edir. Bir şəxs yuxuda erkək və ya dişi buzov ətini yediyini görsə, bir kişi və ya qadından mal əldə edər. Bir qadın yuxuda buzovu qızılla və ya paltarla bəzədiyini görsə, rahatlıq və sevincə işarə edir.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir