NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Yuxuda çamaşırı (paltarları) əl ilə yumaq xalqın iş vəziyyətinin yaxşı olmasına yozulur. Yuxuda Çamaşır (paltar) yumaq günahlardan tövbəyə, imanın gözəlliyinə dəlalət edir. Yuxuda camaşır (paltar) yuyulması insanları narahat edən halları aradan qaldırmaq deməkdir. Çamaşır (paltar) yumaq həm də şərəf və etibar deməkdir. Yuxuda birinin qara çamaşır yuduğunu görməsi, o adamın dərin hüzn içində olduğunu və ondan qurtulmağa çalışdığını göstərir. Yuxuda paltaryuyan maşında çamaşır yumaq kədər, sıxıntı və qəm-qüssəni aradan qaldıran insana işarə edir. Yuxuda rəngli çamaşırlar (paltarlar) yuduğunuzu görmək böyük kədərlərə və sıxıntılara məruz qalacağınıza işarə edir. Çamaşır yumaq qənaətcil olacağınıza işarədir.
Yuxuda yuduğunuz çamaşırları asdığınızı görmək başınızda dolaşan bir bəladan xilas olduğunuza və nicat tapdığınıza dəlalət edir. Çirkli çamaşır (paltar) yumaq yoxsulluqdan qurtulmağa işarədir. Bəzi ağ çamaşırları yuduğunuzu görmək sadə bir inciklik və kədər kimi yozulur. Yuxuda ləyəndə çamaşır yumaq kədər və üzüntüdən qurtulacağınıza işarədir. Yuyulan camaşırları sərmək və ya qurutmaq insanı narahat edən şeylərdən qurtulmağa işarədir. İnsanların gözləri önünə alt paltarı sərmək ayıb iş görməyə, ailə sirlərini açmağa yozulur.