NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Yuxuda çaxmaqdaşı görmək xəbərə yozulur. Yuxuda bu daşı görmək, uzaqdan alınacaq bir xəbərə işarə edir. Amma bu xəbər darıxdırıcı xəbər kimi yozulur. Başqa bir şayiəyə görə, çaxmaqdaşı qəfil baş verəcək bir fəlakətdir.
Qadın yuxuda görsə ki, çaxmaqdaşı çaxıb alov alovlandırır və onu üfürdükdə od yanır, o qadın oğlan uşağı dünyaya gətirər. Əgər kimsə daşı daşa vurub ondan od və qığılcımlar çıxdığını görsə, ürəyi qatı olan iki adam bir-biri ilə şiddətli dava edər və insanlar onlara baxarlar. Bəzi deyimlərdə çaxmaqdaşı çaxmaq subay insanlar üçün evliliyə işarə edir. Atəşin ortaya çıxması arvadın hamiləliyinə və onlardan olacaq uşağa işarə edir. Bəzən çaxmaqdaşı çaxmaq ər-arvad, iki düşmən və iki tərəfdaş arasında pis vəziyyət deməkdir. Əgər alışqandan çıxan atəş paltarı və ya bədəni yandırarsa, bu, həmin evdə malın, namusun və ya bədənin zədələnməsinə işarədir.
Həmçinin Bax: Yuxuda Alışqan Görmək