Yuxuda Cəbrayıl (Ə.S) Görmək

Yuxuda Cəbrayıl (Ə.S) Görmək Yozması Nədir?

Yuxuda Cəbrayıl (Ə.S) Görmək Yozması Nədir

Cəbrayıl (Ə.S) Mələklərin sultanı və Peyğəmbərlərə vəhy gətirən mələkdir. Buna görə də, yuxuda Cəbrayıl (Ə.S) görmək şərəf və izzətə, qüvvət və müjdəyə işarədir. Yenə də kimsə yuxuda Həzrəti Cəbraili şən bir halda görsə, ona müjdə verər, nəsihət edərsə, bu, şərəfə, izzətə və gücə işarədir. Bu yuxunu görən xəstədirsə, şəfa tapacağına, üzüntülü olsa, qəm və kədərdən qurtulacağına işarədir. Yuxuda Cəbrail (Ə.S) görmək şəhidliyə də yozulur. Əgər insan Cəbrail (Ə.S) yeməli birşey aldığını görsə, bu onun behişt (cənnət) əhlindən olacağına dəlalət edir. Həzrət Cəbrayılı yuxuda ona salam verən halda görmək, yuxu görənin tərifə layiq ləyaqətli alim olacağına, dostları arasında hörmət sahibi olacağına dəlalət edir. Nəblusi dedi: Yuxuda Cəbrail (Ə.S) görmək, yuxu görənin ömrü nə qədər uzun olsa da, sonunda şəhid olaraq vəfat edəcəyinə dəlalət edir. Cəbrail (Ə.S) görmək, şərəf və əzəmətə çatmağa, əmin və etibarlı olmağa, həqiqəti söyləməyə işarədir.

Bəzən Yuxuda Cəbrayıl (Ə.S) görmək, əməliyyata, cihada və düşmən üzərində qələbəyə dəlalət edir. Yuxuda böyük mələyi görmək şəriət elmlərində, astronomiya elmində və digər elmlərdə arif olmağa işarədir. Yuxuda özünü Cəbrail (Ə.S) surətində görmək səxavət, cömərtlik, xeyir və bərəkətə işarədir. Cəbrayıl (Ə.S) sən olaraq özünə nəsihət, vəsiyyət və ya müjdə kimi söz söylədiyini görsə, o şəxs şərəf və ləyaqət nişanəsidir, qüvvət isə müjdəyə işarədir. Əgər o adam məzlum olarsa, ona kömək edilər, xəstədirsə, şəfa tapar, qorxarsa, qorxusundan əmin olar. Kədərli olsa, kədərdən qurtular. Əgər həcc ziyarətini yerinə yetirməmişsə, həcc ziyarətinə nail olar. Bir şəxs yuxuda Cəbrail və Mikayıl (Ə.S) düşmənçilik etdiyini görsə, bu, həmin şəxsin baxış və düşüncələrinin yəhudilərin nəzər və fikirlərinə uyğun olduğuna və Allahın əmrinə zidd işlər gördüyünə dəlalət edir. Əgər insan Cəbraili (Ə.S) qəmli görsə, şiddət və əzaba düçar olar.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir