Yuxuda Çəmənlik Görmək

Yuxuda Çəmənlik Görmək Yozması Nədir?

Yuxuda Çəmənlik Görmək Yozması Nədir

Yuxuda öz-özünə bitən yaşıl otla örtülmüş çəmənlik görmək din və dünya gözəlliyindən xəbər verir. Çəmənlikdə oturmaq və ya onu seyr etmək kasıblar üçün sərvət, zənginlər üçün bol qazanc deməkdir. Çəmən otunu iri çuvallarla bir yerə daşımaq və ya onun çəmənlikdən çəmənliyə keçməsini görmək dünya malı yığmağa, dünya malı qazanmaq üçün hər şeyi etməyə çalışmağa və həddindən artıq acgöz olmağa yozulur. İşinizdəki hadisələrin sizi xoşbəxt edəcəyinə və bu vəziyyət ətrafınız üçün xoşbəxtlik verən bir insan olacağınıza işarədir.Bir çəmənlikdən digər çəmənliyə tullanmaq bir insanın dünya nemətlərinə həddindən artıq həvəs göstərməsinə və daim qazanc əldə etməyə çalışacağına dəlalət edir. Qurumuş çəmən görmək məyus olmağa yozulur. Çəmən toplamaq varlanmağa yozulur. Yaşıl çəmənlik görmək xeyirli, bol və uğurlu günlərə, dərd və problemlərinizin bitəcəyindən xəbər verir.

Yuxuda çəmən görmək Uca Allahın (C.C.) lütfü kimi yozulur. Yuxuda çəmənlikdə gəzdiyinizi görmək, dualarınızın qəbul olunmasına və cənnətlə müjdələnməyə yozulur. Yuxuda çəmənlikdə uzandığını görmək yetimlərə, kimsəsizlərə kömək etmək kimi yozulur. Çəmənlikdə quzu otardığını görmək yaxşılıq və xeyirxahlığa yozulur. Çəmənlikdə nəğmə (mahnı) oxuduğunu görmək ibadətinə davam etməli olduğuna işarədir. Çəmənlik görmək yeni bir həyatdır. Yuxuda çəmənlikdə gəzmək işinizdə uğur qazanacağınıza, etdiyiniz hər şeyi sevgi və iradə ilə edəcəyinizə dəlalət edir. Çəmənliyin ortasında uzanıb yatmaq və mahnı oxumaq həyatı yaşamağı çox sevdiyinizi göstərir. Çəmənlikdə qaçdığınızı və özünüzə mahnı oxuduğunuzu görmək ətrafınızdakı insanların xoşbəxtliyi üçün bəzi düşüncələrinizi tətbiq edib çalışacağınıza və onların təqdirini qazanmaq istədiyinizə yozulur.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir