NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Yuxuda cənazə görmək, uzun müddətdir xəbər almadığınız bir insandan xəbər alacağınıza və ya tezliklə həmin şəxslə görüşəcəyinizə işarədir. Cənazə görmək, ömrünün uzun olacağına işarədir. Dəfn bəzən xaricə getməyə işarə edir. Cənazə yuxusunun görülməsinə görə bəzən xəstəlik və ya yoxluq, bəzən də sağlamlıq baxımından yaxşı olmağa və ya gözlənilməz bir miras kimi yozulur. Kəfənlənib tabuta qoyulmuş, dəfn edilməyə hazır cənazə görmək, yaxın gələcəkdə evinizdə toy mərasimi hazırlayacağınıza işarədir. Düşünülənin əksinə olaraq, cənazə görmək yaxşı və xeyirə yozulur.
Cənazə yuxusu həmişə sağlamlığa və uzunömürlüyə yozulur. Cənazə görmək – uzun müddət xəbər almadığınız biri ilə üz-üzə gəlmək deməkdir. Bazarda yas mərasimi görmək, orada satılan şeylərin tükənəcəyinə işarə edir. Yuxuda küçədə yas mərasimi görmək, dükan və mağazalardakı bütün malların satılacağına işarə edir. Bundan əlavə, küçədə yas mərasimi görmək həmin küçədəki mağazaların karlı alış-veriş edəcəyinə işarədir. Bir insan yuxuda öz cənazəsini görsə, yuxu görənin sağlam və xoşbəxt bir həyat sürəcəyinə hökm edilir. Onun dəfnində nə qədər çox izdiham olsa, həyatı bir o qədər rahat olar. Əgər insan öz dəfnindən sonra yad adamların ağladığını görsə, həmin şəxsin adı yaxşılıqla zikr edilər. Əgər onun üçün gözəl dua edilərsə, o adamın da aqibəti xeyirli olar.
Toy evi olaraq yozulur. Cənazə (yas) evi görmək yaxın gələcəkdə toy olacağına işarə edir. Cənazə evi görmək, yuxu görən adamın əyləncənin bol olduğu çox izdihamlı bir yerdə keçirilən proqrama qatılacağına işarədir. Görənin toya hazırlıq görəcəyinə işarədir. Cənazə evi həmçinin yüksək məqam sahibi şəxsdən bəhrələnməyə, onun arxasınca gedib onu dinləməyə, camaatın ona möhtac olmasına işarədir.
Namazı qılınan şəxsə şəfaət etmək, onun lehinə danışmaq, ona baxıb lütf etməkdir. Yuxuda cənazə namazı qılmaq yuxu görən insanın duasının qəbul olacağı mənasında yozulur. Yuxuda naməlum şəxsin cənazə namazını qılmaq, işsiz adamın iş tapacağına işarə edir. Yuxuda cənazə namazı qıldığınızı görmək, dini xarab bir insan haqqında vasitəçi olacağınıza işarədir. Bəzən yuxuda cənazə namazı qılmaq, vacib namazların qılınmasında əskikliyə dəlalət edir.
Yuxuda ölüyə dua etdiyini görmək o insan üçün çoxlu dua edib bağışlanma diləməyə işarədir. Yuxuda cənazə namazında imam olduğunuzu görmək münafiq bir idarəçi tərəfindən bir işə təyin olunacağınıza işarədir. Cənazə namazında və ya başqa yerdə “Allah filankəsə rəhmət eləsin” dediyini görən şəxsin günahları bağışlanar. İmamın arxasında cənazə namazı qıldığını görən şəxs ölülər üçün dualar oxunan məclisdə iştirak edər. Cənazəyə namaz qıldığını görən şəxs Allah rızası üçün bir qövmə qardaş olar.
Cənazə sahibinin bir işdə ən yüksək səviyyəyə çatacağına və işində böyük qazanc əldə edəcəyinə işarə edir. Yuxuda cənazədə izdiham görmək cənazə sahibinin həmin camaatın başçısı olacağına və ya başqa bir camaatın başçısı olub onlara rəhbərlik edəcəyinə işarə edə bilər.
Yuxuda meyitin uçduğunu görmək o məhəllədə əhəmiyyətli birinin öləcəyinə yozulur. Meyitin hardasa qaldığını görmək, ölü tanış deyilsə, yuxu görən şəxs həbsxana yatacaq. Cənazənin araxından ağlamaq, sonunun yaxşı olacağına yozulur.
Bir cənazə (meyit) daşıdığını görən dindən çıxmış birinə kömək edər. Yuxuda cənazə daşıdığını görən, maldan fayda görər. Hərkəs ona möhtac olar. Bir şəxs yuxuda meyit daşıdığını görsə, bu, həmin şəxsin zəngin olacağına və çevrəsinin ona möhtac olacağına işarə edir.
Həyatınızda yaxşı bir yenilik edəcəksiniz və görüləcək işlərlə pul və mal qazanacaqsınız. Yuxusunda cənazə maşını görən yüksək məqama çatar. Cənazə maşını görmək, yuxu görənin uzun ömür sürəcəyinə işarədir.
Yuxuda Meyit (Ölü) yuyanın, savab qazanacağına işarədir. Meyiti yuyan şəxs bir karat savab qazanar. Dəfnində hazır olduğunu görən iki karat qazanar. Savabın bolluğunu, əzəmətini və çoxluğunu Allahdan başqa heç kəs saya bilməz.
Dünya nemətlərindən bəhrələnəcəyinizə, yuxu görən qocadırsa ibadətlə məşğul olacağına yozulur. Yuxu görən gənc biridirsə ailəsi ilə birlikdə həyata bağlı bir insan olaraq, hüzur içində həyatını davam etdirəcəyinə işarə edir. Yuxusunda kəfənli cənazə (ölü) görən adam böyük nüfuza sahib olar.
Dəfn mərasimindəki cənazə, ailəsindən biridirsə, xəstəsi varsa, sağalacağına, övlad gözləyirsə, övlad sahibi olacağına, xoşbəxt və sağlam həyat sürəcəyinə işarədir. Bir dəfn mərasiminə qatılan biri, həyatında gözəl dəyişiklik edər. Yuxuda dəfn mərasiminin gedişini izləmək, yeni həyat qurmağa, yeni həyat yoldaşı ilə tanış olmaq və uşaq sahibi olmağa yozulur.
Uzun ömür yaşayacağınıza işarədir. Qonşunuzu dəfn etməyə hazırlamaq üçün onun dəfn işlərini gördüyünü görmək, qonşuların sizdən razı qaldığını göstərir. Yuxuda cənazəni dəfn etmək, yuxu sahibinin səfərinə, bu yuxunu görən qadındırsa evlənəcəyinə işarə edir. Əgər evlidirsə onun xoşbəxtliyinə, məqamda yüksəlməyə və işlərinin düzəlməsinə yozulur. O, xalqın lideri olar.
Yediyiniz yeməyin dəyərində və nisbətində rütbəyə, yaxud dəniz və quruda səyahət etməyə işarədir. Cənazə yeməyi (ehsan) yeyənin sonu yaxşı olar, pulu çox olar.