Yuxuda Çəngəl Görmək

Yuxuda Çəngəl Görmək Yozması Nədir?

Yuxuda Çəngəl Görmək Yozması nədir

Yuxuda çəngəl görmək ailə başçısına, toy süfrəsinə, bəzən bol ruzi əldə etməyə və ya bərəkətli bir iş kimi də yozulur. Çəngəl görmək bir iş üçün lazım olan səbəbə sarılmağa işarə edir. İki çəngəli yan-yana görmək evlənmək və ya iki incimiş adamın barışacağı anlamına gəlir. Yuxuda çəngəl ailədə incikliyə yozulur. Bəzən gözlənilməz sevincli, ikili xəbərlərin gələcəyinə işarə kimi qəbul edilir. Yuxudakı çəngəl evinizdə sakitlik, rahatlıq və əmin-amanlığın hökm sürəcəyinə işarə edir. Bəzi yuxu tərcüməçilərinə görə, çəngəl maliyyə işlərində uğur deməkdir və yuxu görən insanın bəxti açılacaqdır. Yuxuda sınmış çəngəl, məşğul olduğunuz məsələlərdə uğursuzluğa düçar olacağınıza işarədir. Ətrafınızda quyunuzu qazmağa çalışan düşmənlər var. Çəngəl görmək ruzidir. Çəngəllə yemək yediyini görənlər xoşbəxt ev həyatı yaşayar, həyat yoldaşı və övladlarının hörmətini qazanar, sağlam yaşayar, uzunömürlü olar.

Yuxuda çəngəldən istifadə etmək ətrafınızda sizə tələ hazırlayanların olduğunun göstəricisidir. Bu həm də sevgililər arasında nifaq kimi yozulur. Yuxuda çəngəl almaq gördüyünüz işdə gözlənilməz bir şəkildə səhv edəcəyinizə işarədir. Əlinizdə çəngəl olduğunu və qarşınızda yemək olmadığını görmək, pulunuz olsa da, hansı işlə məşğul olacağınız barədə tərəddüd etdiyinizə işarədir. Yuxuda çəngəl ilə yemək yediyinizi görmək, gördüyünüz işinizlə əlaqədar xeyir görəcəyinizə işarədir. Yemək yeməsi üçün əlinizdəki çəngəli dostunuza verdiyinizi görmək, işiniz üçün şərik tapacağınıza və ya evinizdə xidmətçi tapacağınıza işarədir. Qırıq çəngəllər görmək ətrafınızda quyunuzu qazmağa çalışan insanların olduğunu və ya sevgililər arasında fikir ayrılığının olduğunu göstərir. Bir şəxs yuxuda süfrə arxasında oturduğunu və qarşısında çəngəl olmadığını görsə, həmin şəxsin yaxınlarından birini incitdiyinə yozulur.

Yuxuda Çəngəl Görməyin Mənası Və Təfsiri

Çəngəllə yemək yediyinizi görmək, bir yetimi sevindirdiyinizə işarədir. Yuxuda çəngəl görmək, yardımçı dost və qulluqçuya və ya ruziyə işarədir. Yuxuda bir insan çox çalışsa da, çəngəllə götürmək istədiyi loxmanı ala bilmədiyini görsə, bu, həmin şəxsin çox inadkar olduğunu göstərir. Əlindəki çəngəli bir tanış adama verdiyini görsə, yuxu görənin həmin şəxsdən borc istəyəcəyinə işarə edir. Yemək üçün əlindəki çəngəli yad birinə vermək, yuxu görənin öz işləri üçün şərik axtarması deməkdir. Yuxuda iki çəngəli yan-yana görmək iki inciklinin barışmasına, bekar adamın evlənməsinə işarədir. Yuxuda əlinizə çəngəl batdığını görmək xidmətçi və dostlar üzündən kədərlənəcəyinizə işarədir. Yuxuda çəngəl və bıçağı birlikdə görmək bolluq və bərəkətdən xəbər verir.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir