NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Yuxuda ağzınızda bir şey çeynəmək görmək, mübahisəli mala, ağız davasına yozulur. Şirin bir şey çeynəmək sözün gözəlini təkrar etməyə işarə edir. Acı bir şey çeynəmək pis sözlərin təkrarına dəlalət edir. Ayaqla bir şeyi çeynəmək (tapdalamaq), tapdaladığınız şeyin təmsil etdiyi mal və dəyəri yaxşılıq və ya pislik nədirsə, ayaq altına almağa işarə edir. Pis şeyi çeynəmək xeyrə, yaxşı şeyi çeynəmək şərə işarə edir. Vasitə altında tapdalanmaq və ya ayaqlar altında tapdalanmaq işlərin yaxşılaşmasına və təvazökarlıqla gələcək yaxşı şeylərə işarə edir.
Yuxuda dişinizlə bir şey çeynədiyinizi görmək kəlam kimi təfsir edilir. Saqqız çeynədiyini görən nəticəsi olmayan uzun söz söyləyər. Bəzi təfsirçilər demişlər ki, bir şeyi çeynədiyini və əzdiyini görmək, əgər o şey ona məxsusdursa, bir sözünə görə zərər çəkməyə, əgər o şey başqasına məxsus olarsa, sahibinə zərər verməyə işarə edir. Bir Heyvanın onun əşyalarından bir şeyi çeynəyərək məhv etdiyini görməkdə xeyir yoxdur. Başqa bir rəvayətə görə: Yuxuda saqqızdan başqa hər şeyi çeynəmək xəstəliyə işarədir. Yuxuda saqqız çeynədiyini görən şəxs haqqında qeybət, mübahisə və şikayətlər edilən bir mülk əldə edər. Yuxuda yeyilmədən ağızda çeynənən hər şey çeynəndiyi qədər sözü təkrar etməyə işarədir. Yuxuda şəkər qamışı çeynəmək də belədir.