NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Yuxuda ceyran görmək gözəl qadına, yaraşıqlı kişiyə, övlada və bu kimsələrdən əldə olunacaq mala işarədir. Ceyran görmək mühüm xəbərlərin alınacağına işarə edir. Yuxu görən subaydırsa, saf sevgiyə, evlidirsə, evlə bağlı xeyirli qismət olaraq yozulur. Yuxuda ceyran evlilik, nişan və ya ortaqlığa işarə edir. Ceyran ovladığını görmək yuxu görənin xoşbəxt günlərinin başlanğıcına dəlildir. Yuxuda ceyran əti yemək yuxu görənin kədərli və sıxıntılı həyatının bir müddət davam edəcəyinə işarə edir. Kim yuxuda diri (canlı) ceyran tutsa, gözəl və varlı bir insanla evlənər. Başqa bir rəvayətə görə: Ceyran görmək yuxu görənin heç gözləmədiyi bir şəxslə evlənəcəyinə dəlalət edir.
Ceyran yuxusu evliliyə, xoşbəxtliyə, gözəlliyə, lütf və sevgiyə işarədir. Yuxuda ceyran vurmaq bir qadının ovucuna düşməyə yozulur. Meşədə ceyran görmək sonu hüsran olan qarşılıqsız sevgiyə yozulur. Ceyran sürüsü görmək, yeni bir işə atılacağınıza işarədir. Yuxuda ceyran görmək qohumunuzla mübahisə edib onu günahlandıracağınıza, sonra səhv etdiyinizi anlayıb üzr istəməyinizə və ondan böyük bir yaxşılıq görəcəyinizə işarədir. Ovçular tərəfindən vurulan ceyran görmək yaxınınızın təhlükəli xəstəliyə tutulacağına yozulub.
Cəfəri Sadiqə görə: ceyran görmək 4 (dörd) cür yozulur həyat yoldaşı, xidmətçi, övlad və qadına görə fayda. Bəzi tərcüməçilərə görə ceyran sevgiliyə yozulur. Kirmaniyə görə: Yuxuda ceyran tutduğunu görən çox gözəl bir xidmətçiyə sahib olar. Ceyran kəsdiyini görən gənc bir qızla evlənir. Kim ceyranın dərisini soyduğunu görsə, gözəl bir qadınla zina etmiş olar. Ceyrana daş atdığını görənin həyat yoldaşı ilə arası dəyər. Ceyran ovlamaq üzüntüyə, ceyranın qaçdığını görmək qarşılıqsız sevgiyə qapılmağa işarədir.
Yuxuda ceyran əti yediyinizi görsəniz, gözəl bir qadına görə mülk sahibi olarsınız. Ceyranı öldürdüyünü görən bir qadına görə kədərlənər. Onun əlində ceyran balası olduğunu görüb, gözəl övladı var. Yuxuda əlində ceyran balası tutduğunu görən, gözəl bir övlad sahibi olar. Əbu Səid Əl Vaizin dediyinə görə: Yuxuda ceyran gözəl bir kənizlə əlaqələndirilir. Ceyran ovunda olduğunu görən kənizini aldadar və onunla evlənər. Yuxuda ceyran işdə uğur qazanmaq, ümid edilməyən bir insanla evlənməyə yozulur.