NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Yuxuda cib görmək, yaxın gələcəkdə oğurluq hadisəsi olacağına işarə edir. Bu o deməkdir ki, bəzi insanlar sizə qarşı pis planlar qururlar. Cib təklifdir. Cibinə bir şey qoyan şəxs gözlənilməz yerlərdən hədiyyələr və ya təkliflər alır. Cib görmək, çıxılmaz vəziyyətə düşməyə yozulur. Yuxuda paltarınızın cibinin olmadığını görmək, həyatınızda kobud işlərin olmamasına yozulur. Paltarının hər tərəfində çoxlu ciblərin olduğunu görmək, nizamsız və qarışıq işlərin arxasınca getdiyinə yozulur. Cibinizdə dəlik olduğunu görmək, israfçı olduğunuza işarədir. Ciblərinin olduğunu, amma içində heç bir şey olmadığını görmək bir çox işlərində ağılsız davrandığına yozulur. Ciblərinizin lüzumsuz şeylərlə dolu olduğunu görmək, boş və faydasız işlərlə məşğul olduğunuza işarədir.
Cib görmək, çıxılmaza və tıxanmağa yozulur. Bir şəxsin yuxuda ciblərinin qurcalandığını və ya paltarının ciblərinin olmadığını görməsi, bu, şəxsin pulunun oğurlanma ehtimalı olduğuna, ona görə də diqqətli davranmalı olduğuna yozulur. Yuxu görən pul kisəsini yaxşı qorumalı və ya həyatındakı bütün işlərinin təmiz və rəvan olduğuna işarə edir. Yuxuda birinin cibinizi qurcaladığını görmək, bir tərəfdən pul əldə edəcətinizə, ancaq onu dərhal xərcləyəcəyinizə işarə edir. Paltarının hər tərəfində ciblərin olmasını gömək, kiminsə qeyri-müntəzəm və çaşqın işin arxasınca qaçdığını göstərir. Yuxuda cibinin deşik olduğunu görmək, insanın boş-boşuna pul xərcləməklə israfçı olmasına və ya kasıblarla dostluq etməməsinə, maddi imkanı olanlar arasından dost seçməsi lazım olduğuna dəlalət edir.