NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Yuxuda üzündə çillər olan bir insan görmək, içinizdən atmağa çalışdığınız bir kədərdən qurtulmağı bacaracağınıza yozulur. Bu yuxu çox sevimli bir dostunuzun rəğbətini qazanacağınıza və beləliklə həyatınıza rəng və həyəcan qatmış olacağınıza işarədir. Yuxuda çil görmək bolluq, qismət, pul və yeni inkişaflar deməkdir. Yuxuda üzünüzün çilləndiyini görmüsünüzsə, qismətinizin açıq olduğuna və gözləmədiyiniz gözəl hadisələrlə qarşılaşacağınıza işarədir. Əgər yuxunuzda üzünüzün çillərlə örtüldüyünü və birdən çillərin yoxa çıxdığını görmüsünüzsə, bu, itirəcəyiniz pul və ya əmlaka işarə edir.
Yuxuda hər kəsin çilli olduğunu görmək iş və ailə həyatınızda xoşbəxt olacağınıza, gözlədiyinizi tapacağınıza işarədir. Yuxuda bütün bədəninizi əhatə edən çillər görmüsünüzsə, həyatınızı tamamilə dəyişdirəcək müsbət inkişaflar, sürətli və köklü dəyişikliklər yaşayacağınıza işarə edir. Yuxuda çillərinizi örtdüyünü görmüsünüzsə, qarşınıza çıxan fürsətlərdən yaxşı istifadə edə bilməyəcəyinizə yozulur. Yuxuda çilləri olan biri ilə dost olduğunuzu görmüsünüzsə, tanışınızdan xoş xəbər alacağınıza yozulur. Başqa bir şərhə görə, yuxuda çilləndiyini görmək, etdiyiniz günahlara görə tövbə etməyiniz lazım olduğunu bildirir.