Yuxuda Cin Görmək

Yuxuda Cin Görmək Yozması Nədir?

Yuxuda Cin Görmək Yozması Nədir

Yuxuda cin görmək, hiyləgər adama, cini yaxında görmək, məyusluğa işarədir. Cin görmək, hilə işlətməyi sevən insana yozulur. Yuxuda cin olduğunu görən adamın hiyləsi çox olar. Yuxuda görülən cin şəxsi çıxarları üçün hilə işlədən adama işarədir. Cin görmək, alçaq bir insana işarə edir. Cin vurması, haram mal əldə etməyə və tilsimlə, cadu ilə məşğul olmağa yozulur. Evdə cin görmək, evinizə və malınıza pisliyin gələcəyinə dəlalət edir. Cindən kömək istəmək, müxtəlif macəralara atılmaq istəyində olduğunuzu göstərir.

Yuxuda Cin Görməyin Mənası və Təfsiri

Arif, həkim, xeyirxah və xoş danışan cin görmək, tanımadığınız birindən kömək və lütf almaq deməkdir. Yuxuda cin olmaq çox hiyləgər bir insan olmağa işarə edir. Eyni zamanda, evinin qapısının yanında duran cin görmək, verilməmiş bir nəzir və ya çətinlik çəkməyə, yuxu sahibinin sıxıntıya düşəcəyinə işarədir.

Yuxuda Cin Vurması Görmək

Cin vurduğunu görmək faiz və haram yeməyə, sehr etməyə işarə edir. Bəzən cin vurduğunu görmək, malını itirərək kədərlənməyə və üzülməyə işarədir. Yuxuda içinə cin girmiş və ya cin vurmuş adam, görmək sələmçiliklə məşğul olmağa və ya itirdiyi dünya malı üçün ağlayıb sızlayan birinə işarə edir. Yuxuda bir insanın içərisinə bir cin girsə, bu, həyasız, utancaq, problemli yaxın birinə işarə edir.

Yuxuda Cin Müsəllət Olması

Yuxuda bir cinlə söhbət etdiyini və ya cin müsəllət olduğunu görmək, insanların vəziyyətləri ilə maraqlanan, öyrənən biri ilə yaxın olmağa işarə edir. Yuxuda cin müsəllət olmasına narahat olmaq lazım deyil. Yatmazdan əvvəl Ayət-ul Kürsi, Fələk və Nas surələrini oxuyaraq yatın. Əgər bu yuxular təkrarlanarsa, otağınızda yatmazdan əvvəl ucadan azan oxuyun. Bu cür yuxular ümumiyyətlə sizə yaxın olan hiləgər bir düşmənə yozulur. Bəzən cin görmək ilan, əqrəb kimi torpaq həşəratlarına, insanların narahat olacağı şeylərin çıxmasına işarə edir.

Yuxuda Cinlərin Evə Girdiyini Görmək

Yuxuda cinlərin evinizə girib bir ıey etdiklətini görmək, evinizə düşmən və ya oğru girəcəyinə işarə edir. Cinlərin evlərdə olanları şərli və yaramaz qonşulara işarədir.

Yuxuda Cinlərə Quran Öyrətməyə Çalışmaq

Yuxuda cinlərə Quran öyrətməyə çalışdığınızı və ya cinlərdən birinin oxuduğun Quranı dinlədiyini görmək, səriştəli bir insanın mühüm bir vəzifəyə gəlməsinə, idarəçi olmasına işarədir. Yuxuda cinlərlə bir şey alıb, bir şey verməklə rəftar etmək yaxşı və bərəkətli işə dəlalət edir.

Yuxuda Cini İnsan Libasında Görmək və Qorxmaq

Bəzən yuxuda insan qiyafəsində cin görmək quruda, dənizdə və havada səyahət etməyə dəlalət edir. Yuxuda insan qiyafəsində görünən cin, xeyir danışan və müjdə verən, yaxşılığı tövsiyə edib pislikdən çəkindirən cindirsə, bu müsəlman cinidir və belə bir cini insan qiyafəsində görməyi xeyirə yozurlar.

Yuxuda Cinləri Görmək

Yuxuda Cinlər içki içib və qumar oynamağa, hər cür haramı tərəddüd etmədən işləyən, oğurluğu, əyləncə yerlərinə, musiqi alətlərinə, xalq mahnılarını oxumağa, fit çalmağa və ya qazancını kefdə xərcləyən varlıya işarə edir.

Yuxuda Pislikdən Xəbər Verən Cin Görmək

Yuxuda pislikdən danışan və bədbin xəbərlər verən, pisliyi tərifləyən, yaxşılıq etməməyi təklif edən cin kafir cindir və yuxuda belə bir cin görəndə “Əuzu Bəsmələ” çəkib onun şərindən Allaha sığınmaq lazımdır. Yuxuda cinlə evləndiyinizi görmək, əxlaqsız və itaətsiz bir qadına aşiq olacağınıza işarədir.

Yuxuda Cin Tutmaq

Yuxuda bir cin tutub həbs etdiyini və ya zəncirləyib bir yerə bağladığını görmək, düşmən əsir götürməyə və ya oruc tutmaqla nəfsin istəklərini qırıb günahdan qorunmağa dəlalət edir.

Yuxuda Cinlə Güləşmək

Cini yerə yıxdığını görmək düşmənin şərrindən amanda olmağa işarədir. Kim cinlərin onu yıxdığını görsə, cinlər ona toxunar və cinlərdən ona bit zərər gələr. Bəzən bu yuxunu görən faiz yeyər.

Yuxuda Lider Cin Görmək

Cinlərin böyükləri xalqın rəhbərləri və idarəçilərinə, alimlər və müəllimlərə işarədir.

Yuxuda Cinlərlə Dost Olmaq

Yuxuda cinlərin başçıları ilə dost olduğunu görmək, görkəmli idarəçi ilə tanış olmağa, tanınmış şəxs olmağa, kahinliklə maraqlanmağa, polis müfəttişi olmağa işarə edir. Bəzən başçı (lider) cinlərlə dostluq etdiyini görmək həm də tövbə edib, hidayət yolunda yaxşı işlər görməyə, Quran və elm öyrənməyə, uşaq tərbiyəçisi və müəllim olmağa dəlalət edir.

Yuxuda Yaşayış Sahəsində Cin Görmək

Açıq ərazilərdə və yollarda görünən cin yol kəsənlərə işarədir. Hamamda və quyuda görünən cin zinakar kişi və qadınlara işarədir. Yuxuda cindən bir şey almaq, yanıcı atəşə və ya odda hazırlanmış şüşə, çini, keramika kimi əşyalara işarə edir. Bəzən cin, ilan, əqrəb, kərtənkələ kimi yer həşəratlarına və ya insanları narahat edəcək bəzi şeylərin ortaya çıxmasına işarədir. Məscidlərdə və gözəl yerlərdə görünən təmiz geyimli cinlər bu varlıqların müsəlman olduqlarına dəlalət edir. Yuxuda cin görmək bəzən quruda və dənizdə səyahətə, oğurluğa, zina etməyə, içki içməyə, kilsəyə, dükanlara, mahnı oxumağa və varlılığa işarə edir.

Yuxuda Cin ilə Söhbət Etmək Görmək

Cinlə söhbət etdiyini görən adam yolçu və sirr sahiblərinin vəziyyətindən xəbərdar olan adama yaxın olar. Cinləri görmək həm də hoqqabaz və sehrbazlara işarə edir. Hər kim cinlə evləndiyini görsə, itaətsiz və günahkar bir insana aşiq olar.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir