NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Yuxuda çınqıl daşı görmək, xalq alimlərinə, bəzi təfsirçilər günahkarın tövbəsinə, kafirin isə müsəlman olmasına işarə edir deyiblər. Bəzən isə kiçik çınqıl daşları şahidliyə yozulur. Yuxuda xırda daşlar (çınqıl daşı) görmək kişilərə, qadınlara, elm və şeirdən öyrənmək istəyənlərə yozulur. Bu yuxu həm də məşəqqətli işləri əzbərləyib sıralamağa, həcc ziyarətinə, şeytanı daşlamağa, qəm-qüssə və böhtana işarə edir. Yuxu görən xəstə və xeyirxah şəxslərdəndirsə və ya həmin məsciddə özündən başqa xəstə olaraq namaz qılan yoxdursa, yuxu görənin vəfatına işarədir. Quş daşı kilsədən götürüb uçsa, bu yuxu üsyankar bir xəstə üçün əvvəlki təfsir kimidir. Əgər daşı yuxu görənin evindən və ya naməlum bir yerdən götürüb uçursa, yuxu görənin və ya başqasının övladının vəfatına işarət edir.
Yığdığı çınqılları quyuya atdığını görən, evlənər və ya mal alar. Əgər bir şəxs bir neçə daş toplayıb paltarına qoyusa və udsa və ya daşları məsciddən, alimin evindən və ya zikr halqasından götürdüyünü görsə, topladığı daşların miqdarına nisbətdə zikr, elm və Qurandan bəzi məsələlər və ayələri öyrənib əzbərləyər. Əgər o daşlar küçədən və bazardan, yaxud əkiləcək tarladan və ağac kökündən yığılıbsa, o adamın adəti və əməyi miqdarında dünya meyvələrindən əldə edər. Bu yuxu ticarətdən əldə edəcəyi mal-mülkə, və ya dilənçilikdən və sədəqədən əldə edəcəyi mala işarədir. Yığdığı daşları dənizə atdığını görənin, malı dənizə gedər. Bir quşun endiyini və məsciddən daş götürüb uçması, məscid camaatından və ya yaxşı insanlardan birinin vəfatına işarə edir.
Əgər yerdən götürdüyü çınqıl daşını şir, pələng, meymun, çəyirtkə, qarğa kimi heyvanlara atdığını görsə və yuxunu həcc aylarında yuxu görsə, gələcəkdə həcc ziyarətinə gedər və şeytanı daşlayar. Axar su dibində görünən çınqıllar (çınqıl daşları) təmiz təbiətli insanlara, məhdud, lakin daimi gəlirə işarə edir. Yuxu həcc mövsümündə deyilsə, çınqıl daşları yuxu görənin düşmən və ya günahkara əleyhinə dua etməsi və ya şahidliyi və ya söydüyünə işarədir. Əgər adı çəkilən heyvanlardan başqa heyvanlardan birinə və ya müsəlmana çınqıl daşı atıldığını görmək, yuxu görən adamın küfrbaz biri olmasına, yaxşı insanlara və namuslu qadınlara böhtan atan şəxs olduğuna dəlalət edir.
Bəzən xırda daş daşımaq qum xəstəliyi kimi bir xəstəliyə, yollara və orada gəzmək şər və düşmənçiliyə, bəzən də ölümə işarədir. Bəzən isə xırda daşlar, ölçmə və çəkmə və s. kimi şeylərə və qatı sözə də işarə edir. Çox görünən kiçik daşlar məsul insanların məşğuliyyətidir. Həcc mövsümündə kiçik daşlar yığdığınızı görmək həccə getməyə yozulur. Əldə görünən kiçik daşlar zikr etmək və oyaq olmağa yozulur. Ətəyində kiçik daşlar görmək, kiçik düşmənçiliklərə, bir neçə kiçik çınqıl daşı görmək, şahidlik etməyə işarə edir.