NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Yuxuda çiyələk görmək asan və tez əldə oluna bilən halal mal ilə xəstəlik və pisliklərin getməsinə işarədir. Çiyələk təravət və sevinclə ifadə edilir. Xoş və ləzzətli qida olan çiyələk yuxusu həm də gözəl paltara və sevincə işarədir. Yetişmiş və gözəl rəngli çiyələkləri öz mövsümündə görmək xoşbəxtlik və sevinc deməkdir. Dağ və ya çöl çiyələyi də normal çiyələk yuxusu ilə eyni mənadadır. Çiyələk görmək müxtəlif mənaları olan meyvələrdən biridir. Çiyələk görməklə bağlı yuxu şərhləri ümumiyyətlə xeyirə yozulur.
Çiyələk bağı görmək varlı və səxavətli bir adamla birlikdə , yuxu görənin həyat yoldaşına və uşaqlarına olan sevgisinə işarədir. Eyni zamanda, çiyələk bağı zəngin bir insana işarədir. Çiyələk bağı, cömərtliyə, Özünüzü çiyələk bağında görmək və burada işləmək səxavətli olduğunuzdan xəbər verir. Yuxuda çiyələk əkilmiş bir sahəyə sahib olmaq subay üçün tezliklə evliliyə, evlilər üçün xoşbəxt ailə həyatı və yaxşı günlərə işarə edir. Çiyələk bağında çiyələk əkdiyinizi görmək, ixtiyar sahibi olmağa və sevinməyə işarə edir. Yuxuda çiyələk iyləmək xalqın tərifini qazanacağınıza işarədir.
Çiyələk tarlası görmək bir-birinin ardınca baş verəcək ruzi və faydaya işarədir. Çiyələk sahəsinə sahib olmaq mülk sahibi olmaq deməkdir. Çiyələk sahəsini görmək fayda və nəticə verəcək bir iş olaraq şərh olunur. Çiyələk tarlasında gəzmək, yuxu görən insan üçün məhsuldar həyat mövsümünə və xoşbəxtliyə işarə edir.
Yuxusunda çiyələk əkdiyini görən adamın ömrü uzun olar və dini həyatına əhəmiyyət verər. Çiyələk əkmək uşağa da yozulur. Bəzən yuxusunda çiyələk əkdiyini görən insan ruzi, dolanışıq və genişlik qazanar, qazanc əldə edər. Yuxuda tarlaya çiyələk toxumu əkdiyinizi görmək ləyaqət və şərəfə işarədir. Çünki çiyələk toxumları ancaq torpaqda qalanda böyüyür. Çiyələk əkdiyinizi görmək həm də gözlənilməz bir yerdən gələcək xeyir və faydaya işarə edir. Çiyələk sahəsi həddindən artıq xoşbəxtliyə işarədir.
Kim çiyələk ağacından çiyələk qopardığını (yığdığını) görsə, alicənab, məşhur və səxavətli bir insandan faydalanar, dünya malı əldə edər. Evli birinin çiyələm qoparması, uşağının olmasına işarə edir. Bir şəxs yuxuda budağından çiyələk qopardığını görsə, tacir və ya iş adamından faydalanacağına işarə sayılır. Çiyələk qopararaq yeyən qadının uşağı gözəl olar. Əgər subay adam çiyələk qoparsa, bir müddət sonra onun qisməti açılar. Çiyələk yığmaq başladığı işdən bəhrələnməyə işarədir.
Çiyələk mürəbbəsi görmək asanlıqla əldə olunan bərəkətli mala işarədir. Bu yuxu bəzən gözlənilməz bir yerdən gələcək şad, xoş xəbər kimi də yozulur. Çiyələk mürəbbəsi bəzən qurulacaq və sonu evliliklə bitəcək bir əlaqəyə işarə edir. Bəzən ailə arasında xoşbəxtlik əlaməti hesab olunur. Çiyələk mürəbbəsi bəzən sağlam həyata, gəlirli işə və ya zənginliyə təfsir edilir.
Yuxuda kiməsə çiyələk vermək faydalı elmə, bərəkətli qazanca yozulur. Eləcə də yaxşı şöhrətə, yüksək vəzifə və uzun ömürə işarədir. Çiyələk vermək yuxu sahibinin xoşbəxtliyinə, xeyir və faydaya, nemət və sərvətə işarədir. Çiyələk vermək xoşbəxt yaşanacaq şəxsi həyat kimi də yozula bilər. Çiyələk vermək gözlənilməz yerlərdən bol ruzi əldə edəcəyinizə və işlərinizin yoluna düşəcəyinə işarədir.
Yuxuda müəyyən ölçüyə çatmamış çiyələk tingi görmək – bolluq və məhsuldarlığa, arzu və ümidlərin gerçəkləşməsinə işarədir. Hər növ çiyələk fidanları görmək sevinc və xoşbəxtlik deməkdir. Çiyələk kolu hamı tərəfindən sevilən,xeyriyyə işlərini sevən, hamının sevdiyi, öz halında yaşayan sağlam insana yozulur. Yuxu tərcüməçiləri kolunun üzərindəki çiyələyi vəziyyətinizin yaxşı olacağına görə şərh edirlər.
Çiyələk yemək ürəyinizdə xoşbəxtlik yaşayacaqsınız deməkdir. Yuxuda çiyələk yemək eşqdə xoşbəxt olacağınıza işarədir. Yuxuda mövsümündə yetişmiş və yarpaqları üstündə olan çiyələmdən qoparıb yemək gözəl paltara işarə edir. Çiyələk yediyinizi görmək xoş sözə, halal ruziyə, davamı olan halal mala işarədir. Yaşıl və turş çiyələk üzüntü və kədəri ifadə edir. Öz mövsümündə yeyilən çiyələk sıxıntıdan qurtulmağa, təravət və sevincə işarədir. Yuxusunda çiyələk yediyini görən şəxs, xeyirli nemətlərə qovuşar və xoşbəxt olacaq hadisələrə yozulur. Təzə çiyələyi öz mövsümündə yemək halal ruziyə, şəfaya, üzüntü və qəmdən qurtulmağa işarədir.
Çiyələk kompotu görmək asan və tez meydana gələcək fayda və mənfəəti göstərir. Çiyələk kompotu yeyib içmək təriflənməyə də işarə edir. Turş çiyələk kompotu üzüntü və zərərə işarədir. Çiyələk suyu və ya çiyələk kompotu həm də söz sahibi olan birindən fayda və mənfəət əldə etmək anlamına gəlir. Çiyələyi kompot kimi görmək yaxşıdır.
Yuxuda birinin çiyələk aldığını görmək o adamdan gələcək yardım və ya dünya malına işarə edir. Yuxuda çiyələk almaq camaat tərəfindən təriflənməyə və hörmətli insan olmağa işarədir. Bəzən çiyələk almaq xeyir və bərəkətə, sağlamlıq və rifaha yozulur.
Yuxuda çiyələk payladığın görən adam, xəstəlikdən şəfa tapar. Yuxuda çiyələk paylamaq insanlara və yaxınlarına kömək etməkdən həzz alan kimsəyə yozulur. Çiyələk paylamaq gülərüzlü, şirin dilli, yüksək vəzifədə olan adama işarə sayılır.
Yuxuda çiyələk satdığını görmək sevincə, xoş xəbərlərin gələcəyinə yozulur. Bəzən çiyələk satmaq evlilik yaşına çatmış gənc qız kimi yozulur. Dənələri qırmızı, yetişmiş çiyələk satmaq, zəhmətinizin qarşılığını almaq deməkdir. Çiyələk satmaq, xeyrə yozulmaqla bərabər, edəcəyiniz ticarətdə qazanc əldə edəcəyinizə işarədir.
Yuxuda görülən çiy çiyələk könül işlərinə yozulur. Yetişməmiş, çiy çiyələk görmək yuxu sahibi üçün böyük xoşbəxtlik deməkdir. Subay bir adamın bu yuxunu görməsi uzun müddətli sevgi münasibətinə yozulur. Bəzi tərcüməçilərə görə, yetişməmiş çiy çiyələk görmək iş həyatında xoşbəxt və dinc bir dövrə işarə edir.