NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Yuxuda necə olursa olsun çöl (səhra) görmək, hər işdə həll, xoşbəxtlik və inkişafa işarədir. Çox xeyirlidir. Kimsəsiz çöldə (səhrada) gəzmək yoxsulluq əlamətidir. Əmlak itkisinə məruz qala bilərsiniz. Bu, çox böyük pul və sərvətdir. Sərvətin miqdarı çölün (səhranın) ölçüsü (böyüklüyü) ilə müəyyən edilir. Çöl görmek yalnızlığa işarədir. Yuxuda sonsuz, ucsuz-bucaqsız (çöldə) səhrada tək qaldığınızı görmək ailənizdən uzaqlaşıb tək yaşamaq istədiyinizə işarədir. Səhrada dəvə üzərində səyahət etdiyinizi görmək gələcəyinizin təmin olunmadığına və bunun necə bitəcəyini bilmədiyin əzablı bir həyat sürəcəyinizə işarədir. Yuxuda səhrada tək gəzdiyinizi görmək, sakit və səssiz həyatı sevdiyinizə işarədir. Səhrada itdiyinizi görmək gələcəyiniz üçün narahat olduğunuza yozulur. Səhrada bir neçə dostunuzla olduğunuzu görmək, dostların tərəfindən sevilmək deməkdir. Səhrada dəvə üstündə getdiyinizi görmək çətinliyə düşdüyünüzə işarədir.
Yuxuda karvanla səhrada yol getdiyinizi və susuzluqdan bezdiyinizi və suyunuz bitdiyi üçün su tapmağa çalışdığınızı görmək, işsiz olduğunuza, dolanışığınızda çətinlik çəkdiyinizə, pul qazanmaq üçün bir çox yerə müraciət edərək həll yolları axtardığınıza işarədir. Səhrada suya rast gəldiyinizi su içdiyinizi görmək, pul qazanacaq bir işə girdiyinizə və heç bir problem yaşamayacağınıza işarədir. Bu yuxu həm də mənəvi cəhətdən könül problemləriniz olduğuna da yozulur. Bu halda səhrada suya çatdığınızı görmək bu daxili sıxıntılardan qurtulacağınıza işarədir. Yuxuda səhra görmək, sakit bir həyata işarə edir. Başqa bir rəvayətə görə: Yuxuda səhrada olduğunu görən insanın tək başına yaşamaqdan xoşbəxt olduğuna dəlalət edir. Bu yuxu bəzən də, yoxsulluğun əlamətidir. Mal itkisinə məruz qala bilərsiniz.