Yuxuda Corab Görmək

Yuxuda Corab Görmək Yozması Nədir?

Yuxuda Corab Görmək Yozması Nədir

İmam Cəfər Sadiq (ə)-a görə yuxuda corab görmək insanın malına, İbn Sirinə görə isə corab xidmətçiyə işarədir. Geyilməyən corab görmək mal və ləyaqət deməkdir. Ətirli corab görmək dünyada və axirətdə təriflənəcəyinizə işarədir. Pis iyli corab görmək sıxıntı və bəddua deməkdir.

Yuxuda Corab Görməyin Mənası və Təfsiri

Corab malın zəkatını vermək və malı qorumaq deməkdir. Gözəl corab tərifəlayiq şəxsiyyət deməkdir. Corab görmək kişiyə, uşağa, qadına və xidmət edən birinə işarə edir. Köhnə corab şükr edilməyən və zəkatı verilmədiyi üçün zərər görüləcək mala yozulur. Pis iyli corab yaxşı tanınmamağa işarədir.

Yuxuda Corab Geyinmək Nə Deməkdir?

Yuxuda yeni corab geyinmək, malın qorunduğuna işarədir. Yuxuda gözəl ətirli corab geymək hamı tərəfindən təriflənmək deməkdir. Köhnə, çirkli və pis qoxuyan corab geyinmək hamı tərəfindən pis anılmaq və qınanmaq deməkdir. Yalnız bir tək corab geyinib onunla gəzmək yuxu görənin nəzərdə tutulan səfərə çıxa bilməyəcəyinə işarə edir. Bəzi tərcüməçilərə görə; Corab geyindiyini görmək başqaları tərəfindən incidiləcəyinə yozulur. İpək və ya adi corab geyinmək, ətrafınızdakı insanların başqalarına kömək edən nəcib insanlar olduğuna işarə edir. Başqa bir rəvayətə görə: geyilməmiş corab mal və izzətdir. Bu səbəbdən yeni corab geyindiyini görən hər kəs malını qoruyar.

Subay insanlar üçün yuxuda ağ, qırmızı, qara və yaşıl corab geyinmək evlənməyə yozulur. Yuxuda qara corab görmək zənginliyə işarədir. Corab geyinmək çox xeyirli qismət deməkdir. Yuxuda qara corab geyinmisinizsə, subaysınızsa imkanlı biriylə evlənəcəyinizə, evlisinizsə imkanlı birindən faydalanacağınıza yozulur. Naxışlı corab geymək yaxşı xasiyyəti olan bir insanla evlənmək deməkdir. Təzə corab malın zəkatını verib və malı təmin etməyə işarədir. Yuxuda corabın itdiyini görmək, zəkat verməyəcəyinizə (və buna görə də) malınızın məhv olacağına işarədir.

Rənginə və Növünə Görə Yuxuda Corab Görmək

Yunlu və ya naxışlı corab görmək, gözəl bir qadınla evlənəcəyinizə işarədir. Sarı corab, solğun və ya xəstə bir dosta sahib olacağına yozulur. Qırmızı corap, həyasız və zarafatcıl bir dosta, qara corab, saleh şəxslər üçün xeyrə, fasiq şəxslər üçün isə pis kimi yozulur. Yuxuda köhnə və cırıq (yırtıq) corab görmək, ətrafınızdan fitnə-fəsadda ittiham olunacağınıza işarədir. Dəvə dərisindən corablarınızın olduğunu görmək, dostlarınızın nəcib və zəhmətkeş insanlar olmasına yozulur. At dərisindən corablarınızın olduğunu görmək, ordu zabitindən bir zadəganla dostluğa işarə edir. Maral dərisindən hazırlanmış corab görmək isə, köçərilərdən biri ilə dost olacağınıza işarədir.

Yuxuda Corab Almaq

Yuxuda corab almaq, maddi gəlirə işarə edir. Hədiyyə bir corab, köhnə ailə probleminin həllini göstərir. Corabın qaçması çoxlu ürək macəralarının olacağından xəbər verir. Corab almaq pul qazanmağa işarədir. Bəzən yuxuda mağazadan corab aldığını görmək, aldadılaraq mallarınızdan birinin sizdən alınacağına işarə edir. Corabınızı kiməsə vermək ayrılıq əlamətidir. Corabının bir yerə düşdüyünü, onu çıxarmadığını və ayaqyalın getdiyini görmək qəm və sıxıntıya, hörmət edilməməyə dəlalət edir. Birinin coarpını çəkib əlindən aldığını görənin problemi olar. Köhnə corab görmək yeni corab görməkdən daha yaxşıdır. Nəblusinin fikrincə: corab görmək hiylə kimi yozulur. Corab toxuyan bir insan gormek, sizin barenizde pis fikirde olan bir insanla rastlaşacağınıza işarə edir. Yuxuda corab sökmək, üzərinizdə qurulan tələləri başa düşməyə işarədir. Bu tələlərdən qurtulmağa çalışdığınıza yozulur.

Yuxuda corab toxuduğunuzu görmək kimsə haqqında pis fikirləşdiyinizə işarədir. Corabları ayağınızdan çıxarmaq pisliklərdən qurtulacağınıza işarədir. Corabla yatağa girib yatdığınızı görmək, düşmənlərinizdən ehtiyat etməniz lazım olduğuna yozulur. Corab toxuduğunuzu görmək başqaları haqqında bəzi pis düşüncələrinizin olduğunu göstərir. Başqa bir adamın corab toxuması da bu yuxunun tərsinə yozulur. Yuxuda corab tikmək hər cür pislikdən qorunduğunuza işarədir. Kim möhkəm (sağlam) və ətirli corab görsə, malının zəkatını verməklə malını qorumuş olar.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir