NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Yuxuda cümə namazı qılmaq görmək, bu yuxunu görən insanın arzusu olar və istədiyinə çatar. Yuxuda məsciddə cümə namazı qılmaq axirətinizi düşündüyünüzə, indiyə qədər etdiyiniz duaların Allah (C.C.) dərgahında qəbul olmasına yozulur. Cümə namazını hər hansı bir yerdə, məsələn, üzünü qiblədən başqa tərəfə tutub qılırsınızsa, bu, sizin heç bir dini hökmə əhəmiyyət vermədiyinizə yozulur. Bu yuxu bunu hər yerdə açıq deməklə günah işlətdiyinizə dəlalət edir. Vaxtlı-vaxtsız namaz qılmağınız imanınızı təzələməyiniz lazım olduğuna yozulur. Hərhansı bir vaxt namazına niyyət etsəniz, müəyyən bir şəkildə etdiyiniz və ya edəcəyiniz yaxşı işin qarşılığını görəcəyinizə işarədir. Cümə günü cənazə namazını qılmaq ölkə ağsaqqallarından və ya ailəniz və ya yaxın tanışlarınız arasından sevdiyiniz, hörmət etdiyiniz bir qocanın vəfat xəbərini alacağınıza dəlalət edir.
Yuxuda qılınan cümə namazı rahatlıq və sevincə, bayram və fəsilləri görməyə, həccə getməyə və borcunu azaltmağa işarə edir. Özü evdə və dükanında olsa da, insanların cümə məscidində cümə namazı qıldığını görən, bir şəhər və ya qəsəbənin vali və ya əmridirsə işdən çıxardılar. Təkbir, rüku, səcdə, təşəhhüd və salam səslərini eşidib, insanların cümədən qayıtdığını zənn edən şəxs, üçündə bu yuxu belə yozulur. Duayı əzbərlədiyini, cümə namazını qıldığını görən şəxs, izzət və kəramətə nail olar. Cümə namazını qıldığını görən şəxs mal və ruzi istədiyi halda bundan imtina edib bir yerə səfər edər və istəyinə nail olar. Əgər həmin şəxsin sultanla əlaqəsi və yaxınlığı varsa, ona bir şey əmr edilər. Yaxud ondan bir ehtiyacın görülməsi istənilər və o, buna razı olar.
Yuxuda Cümə namazı qıldığını görən insanın arzu və istəkləri yerinə yetər. Yuxuda görülən cümə namazı qəm-qüssədən xilas olmağa, sevincə çatmağa, bayram və fəsillərə riayət etməyə, həcc ziyarətinə işarə edir. Çünki cümə günü kasıbların həccidir. Cümə namazı borcun bir hissəsinin azaldıb bununla kifayətlənməyə dəlalət edir. Cümə günü olduğunu və ya cümə namazını qıldığını görən şəxs tezliklə qəmdən xilas olaraq sevinəcəyinə işarədir. Dostu və sevgilisi ilə toplanacağına, arzuladığı ehtiyacının gerçəkləşəcəyinə işarə edir. Cümə namazını dəstəmazsız qıldığınızı görmək, sizi kədərləndirəcək və çox mürəkkəb bir nəticəyə səbəb olacaq bir hadisə ilə qarşılaşacağınıza işarədir.