NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Yuxuda çuval (meşok, kisə, torba) görmək, məxfi məlumatların və sənədlərin saxlandığı yerləri qoruyan mühafizəçilərə işarədir. Yuxuda çuvalın görünməsinə görə fərqli mənalara yozulur. Yuxuda kisə görməyin mənası və yozumu budur; Yuxuda çuval – sirr saxlamaq, səyahət etmək, evin xanımına və ya həyat yoldaşına işarədir. Yuxuda çuvaldan bir şey çıxdığını görmək sirri açıb xəyanət etməyə işarədir. Bəzi təfsirçilərə görə, yuxuda çuval yeni bir yerdən gələcək bir qismətdir. Əgər çuvalın içi boşdursa, bu, insanın istəklərini yerinə yetirmək üçün çox çalışmalı olduğuna işarə edir. Böyük çuval görmək alim və müdrik insanın qəlbinə işarə edir. Təzə və böyük çuval çoxlu xeyir və faydaya işarə edir. Köhnə və cırıq çuval görmək zərər və üzüntüyə işarədir. Yuxuda çuval almaq hər kəsin tanıdığı və bildiyi bir insana işarə edir. Yuxuda çuvalçıdan çuval almaq da xalqın pis adamlarına işarədir. Yuxuda görülən çuval qəzəbinə hakim olan qəddar insanı simvollaşdırır. Bəzən çuval görmək uğursuzluğa yozulur. Bəzən yetim haqqını yeyən oğruya və ya həyat yoldaşının xəbəri olmadan gizli iş görən həyat yoldaşına işarə edir. Bəzən gözləri çöldə (orda-burda) olan evli kişiyə işarə hesab olunur.
Yuxuda dolu çuval görmək o insanın pis bir insanla qarşılaşacağına və bu adamdan zərər çəkəcəyinə işarədir. Yuxuda görülən çuval boş olarsa, yuxu görənin işində və evində bərəkətin olmayacağına hökm edilir. Yuxuda tanıdığı birinin çuvaldan çıxdığını görsə, bu, həmin şəxsin ona düşmən olacağına işarə edir. Yuxuda çuvalı kürəyinə (belinə) alıb evə gətirdiyinizi görmək o adamın bəxtinin açılacağına işarədir. Evdən çoxlu çuval çıxdığını görmək, yuxu görənin xeyir işlərlə məşğul olduğuna işarədir. Bəzən çuval görmək gizli səfərə yozulur. Bəzi təfsirçilər yuxuda dolu kisə (çuval) görməyi hamilə qadına işarə etdiyini söyləyiblər. İmam Nəblusinin nəzərinə görə, yuxuda çuval, gizli olan şeyin mühafizəçisidir. Torbadan (meşokdan) bir şey çıxdığını görən adam xain olar. O, sirri açar. Torba (kisə) görmək səyahətə, gizli olan şeyi muhafizə etməyə (sirr saxlamağa), arvad və cariyəyə işarədir.
Evinizə çuval və ya başqa bir şeylə zir-zibil gətirdiyinizi görmək sərvətə, var-dövlətə, ruziyə və qazanca dəlalət edir. Böyük karton qutu, çuval və ya bağlama kimi əşyalarla hazırlanmış qablaşdırma, uzaq bir yerə köçməyə işarədir. Torbada bulqur görmək yığılan mal və ya pula işarə edir. Yuxuda dolu çuval yaxşı xəbərdir. Boş çuval, planlaşdırılan səfərin bəzi problemlərə görə olmamasına yozulur. Yuxuda qğzı açıq və içi boş çuval görmək təmiz, xoş xəbərdir. Çuval görmək yoldur. Yuxuda çuval gizlin olanı açmağa, sirr saxlamağa, gözətçiyə işarə edir. Torbadan bir şey çıxması, xəyanətə, çuval düzəldən və ya satan kimsə, yaxşı-pisi ilə camaatın yaxşı tanıdığı şəxs kimi yozulur. Yuxuda əlində çuval birini görmək həyat yoldaşınızın hamilə qalmasına, qız övladı dünyaya gətirməsinə yozulur. Əgər belə hallar yoxdursa, bu, səfərə işarədir.
Boş çuval görmək, evinizdə bərəkətsizlik və uğursuzluq olduğuna və bu səbəbdən əziyyət çəkdiyinizə, düzgün və yaxşı işlərlə bunu yenidən düzəldə biləcəyinizə işarədir. Dolu çuval bərəkəti göstərir. İtirdiyinizi zənn etdiyiniz qiymətli əşyanı tapacaqsınız və xoşbəxt olacaqsınız. Kisəni boş görmək evdə bərəkət olmadığına, bir uğursuzluq olduğuna dəlalət edir. Bəzən yuxuda çuval görmək uğursuzluğa yozulur. Dolu çuval görmək xeyirsiz insanlar tərəfindən idarə olunduğunuza, boş çuval görmək işinizdə və evinizdə bərəkətsizliyə işarə edir. Bir çuval daşıyıb evə gətirdiyinizi görmək qismət və bolluğa, çoxlu çuvalla evinizdən çıxdığınızı görmək başqa bir insana kömək edəcəyinizə işarədir. Başqa bir rəvayətə görə: Yuxuda çuval gizli olan bir şeyin gözətçisidir. Kisə görmək səfərə, gizlin olan şeyi muhafizə etməyə, həyat yoldaşına işarədir.