NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Ümumiyyətlə, yuxuda cüzam xəstəliyinə tutulduğunu görmək, əməllərinin puça çıxacağına işarədir. Cüzam bəzən miras pulu ilə alınan paltarlara, haram mallara, atəşə, eşq xəstəliyinə işarədir. Cüzam xəstəsi görmək zənginlikdən də xəbər verir. Yuxuda cüzamlı üz görmək, çətinliklərinizin bitəcəyinə, həyatınızın rahatlıq və dinclik içində olacağına işarədir. Yuxuda cüzam görən və ya cüzam xəstəsi olan şəxs çoxlu pul alar. Əgər insan yuxuda cüzam xəstəliyinə tutulduğunu görsə, əməlinin batil olacağına dəlalət edir. Bəzi təfsirçilər yuxuda cüzam xəstəsi görmənin zənginliyə dəlalət etdiyini demişlər.
Nəticə etibarı ilə cüzam xəstəliyinə tutulduğunu görmək, mal-dövlət və bərəkət sahibi olmağa yozulur. Cüzam yarasından qan və irin axığını görmək haram mala yozulur. Başqa bir rəvayətə görə: Əgər insan özünün cüzam xəstəliyinə tutulduğunu görsə, bu onun əhəmiyyət vermədən günah işlətməsinə və bu səbəbdən bəzi əməllərinin qəbul olunmayacağına dəlalət edir. Digərləri bu xəstəliyin irsdən gələn paltar olduğunu söylədilər.
Cüzam xəstəliyinə tutulduğunu görmək bərəkət və ruziyə sahib olmağa işarədir. Cüzam xəstəliyinə tutulduğunu, bədəninizdən qan və mikrobların axdığını görmək haram mal qazanacağınıza işarədir. Bəzi təfsirçilər cüzam xəstəliyinə tutulduğunu görən şəxsə böhtan atılacağını deyiblər. Yuxuda cüzam xəstəliyinə tutulduğunu görən nifrət etdiyi biri ilə söhbət edər. Həmçinin cüzam yuxusunun da zənginliyə işarə etdiyi deyilir.