NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Yuxuda Dərisini Soymaq (Üzmək) Görmək Yozması Nədir? Kim yuxuda kiminsə dərisini soyduğunu görən, onun malına sahib çıxar. Özünü üzdüyünü görənin, malını üzən şəxs əlindən alar. Üzülmək iki cür yozulur:
Birinin soyulmuş olduğunu görmək, malının itiriləcəyinə dəlalət edir. Sağ əlinin dərisini soymaq qardaşının malını əlindən almaq deməkdir. Sol əlinizin dərisini soymaq bacınızın malını qəsb etməyə dəlalət edir. Ayağın dərisini üzmək, qohumunun malına göz qoymaqdır. Arvadının dərisini soymaq arvadının malını yeməyə dəlalət edir. Başqa bir rəvayətə görə: Yuxuda ayaqlarının dərisini soyduğunu görən hər kəsə xeyir gələr. Yaxud həmin şəxs bir qadınla evlənər. Həmin qadın da malını həmin şəxsə bağışlayar. Əgər o qadın həmin şəxsin qəbiləsindəndirsə, qohumluq əlaqələri daha da yaxınlaşar. Bəzi təfsirçilər yuxuda dərisini soyduğunu və ya dərisinin soyulduğunu görən şəxsin malından ayrılacağına və malının dindən çıxacağına işarədir.