Yuxuda Diz Görmək

Yuxuda Diz Görmək Nə Deməkdir? Yozması Nədir?

Yuxuda Diz Görmək Nə Deməkdir? Yozması Nədir

Yuxuda diz zəifliyi maddi çətinliklərə və pul qazanmaqda çətinliklərə yozulur. Diz ağrısı, çibana və s., işdə durğunluğa və səfərdən vaz keçməyə işarə edir. Yuxuda öz dizinizi və ya başqasının dizini görmək, mehriban bir insanla dostluq quracağınıza və bu adamın sizə çoxlu xoş sürprizləri olacağına işarədir. Yuxuda diz görmək uğursuzluğa işarədir. Bəzi problemlərlə qarşılaşa bilərsiniz. Yuxuda diz görmək insanın güzəranına, istəyinə və səyinə yozulur. Dizlər haqqında yaxşı və pis yuxular bununla əlaqədar şərh olunur. Dizlərinizin və ya bir dizinizin şişdiyini görmək dolanışığın çətin olduğunu göstərir. Dizlərini yara və çibanlı görmək işdə tənbəllikdən xəbər verir. Dizlərinizi zəif və qüvvətsiz görmək ruzi qıtlığına yozulur. Diz qapaqlarınızı böyük görmək kapitalınızın artmasını göstərir. Kiçilmiş görmək həm pulun, həm də malının azalmasına işarə edir. Başqa bir rəvayətə görə: Yuxuda görülən diz, insanın gəlir və tələbatındakı şiddət və səyi, işindəki sıxıntı və ağrıya işarədir. Bir insanın diz dərisinin möhkəm görülməsi, o insanın maddi gücünə işarədir. Əgər kimsə dizinin dərisini soyulmuş görsə, o insan güzəranında zəhmət və çətinliklərlə üzləşər.

Dizlər bədənin gücü və hərəkəti və işinin yaxşılığıdır. Dizlərinin sağlam və güclü olması, bu, səyahət və başqa hərəkət və fiziki sağlamlıq əlamətidir. Dizlərdə ağrı və ya xəstəlik hiss etmək dizlərin ağırlaşmasına yozulur. Dizlər qardaş və tərəfdaş kimi yozulur. Bəzən biznes sahibləri, ayaqlar isə onların xidmətçiləri kimi yozulur. Bəzən dizlər insanın alış-verişinə, hərəkət və sakitliyinə, səfərinə, rütbəsinə, toplayıb xərclədiklərinə, sağlamlığına, ülfət və məhəbbətinə işarədir. Əgər insan dizinin böyüdüyünü, sümüyünün möhkəmləndiyini və ya vəziyyətinin yaxşı olduğunu görsə, o insan üzüntü və qəmli olsa, Allahu Təala onu qəm və kədərdən xilas edər. Dizinin yerindən ayrıldığını və ya qırıldığını, yaxud yara, çiban və qan axdığını görsə, bu, insanın hərəkətsiz və ya sakit qalmasına dəlalət edir. Əgər insan səyahət etmək niyyətindədirsə, bundan imtina edər. Bəzən onun var-dövlətindən bəhrələnməsi mümkün olmaz, onunla başqası arasında söhbət və dostluq olarsa, ondan ayrılar.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir