Yuxuda Doğmaq Görmək

Yuxuda Doğmaq Görmək Nə Deməkdir?

Yuxuda Doğmaq Görmək Nə Deməkdir?

Yuxuda Doğmaq Görmək Nə Deməkdir? Yuxuda hamilə qadın yuxuda oğlan uşağı doğduğunu görsə, o qadın qız uşağı dünyaya gətirər. Qız uşağı doğduğunu görsə, oğlan uşağı dünyaya gətirər. Qız uşağı kədərdən qurtulmağa, oğlan uşağı isə kədərə işarədir. Bir xəstə yuxuda anasının onu dünyaya gətirdiyini görsə, vəfat edər deyə yozulub. Bir usta bu yuxunu görsə, onun sənətinə və işinə mane olacaq bəzi maneələr çıxar. Kasıb bir adam bu yuxunu görsə, tez bir zamanda onu yedizdirəcək və ona qulluq edəcək bir adam tapacaqdır. Əgər bu yuxunu görən şəxs zəngindirsə, kef və əyləncə üzündən var-dövlətini saxlaya bilməz və onun işlərinə baxan və nəzarət edən başqası təyin edilər. Bu yuxunu görən adamın arvadı varsa arvadının uşaq dünyaya gətirməyəcəyinə işarədir. Yuxu görənin arvadı hamilədirsə, qadının oğlan uşağı dünyaya gətirəcəyinə işarədir. Yuxu görən düşməndirsə və davası varsa, bu onun dəlillərinin hakim qarşısında etibarlı olmadığına dəlalət edir. Bir qadın yuxuda ağzından doğduğunu görsə, öləcəyinə, ruhunun ağzından çıxacağına işarədir.

Yuxuda qız dünyaya gətirmək, həbsdə olan insanın qəm-qüssədən qurtulacağına işarədir. Bir şəxs yuxuda oğlan uşağı doğduğunu görsə, xəstələnər. Kədərdən xilas olar. Düşməninə qalib gələr. Qız doğduğunu görən insan bütün bəlalardan qurtular və nəslindən millətə, tayfaya yüksək rütbəli bir şəxsiyyət çıxar. Yuxuda Doğmaq Görmək, bəlalardan, xəstəliklərdən qurtulmağa, ailədən, qonşudan ayrı düşməyə işarədir. Doğulmaq rahatlıq, kədərdən qurtulmaq, borcunu ödəmək və tövbə etmək əlamətidir. Yuxuda oğul doğduğunu görən qadın rahatlıq, sevinc, müjdə, ağırlıqdan qurtulmağa və nicat tapmağa işarədir. Qız doğduğunu görsə, ona böyük ruzi, şərəf, ucuzluq, bolluq, çətinlikdən sonra asanlıq və sevinc əldə edər. Yuxuda doğduğunu görən kasıb olarsa, zəngin olar. Zəngin olsa, üzülər. Əgər subaydırsa, tez evlənər və arvadı uşaq dünyaya gətirər.

Yuxuda Doğmaq Görməyin Yozması Nədir?

Yuxuda özünü hamilə görən hər kəs üzülər. Əgər xəstə özünü uşaq dünyaya gətirdiyini görsə, bu vəfatına işarə kimi yozulub. Yoxsul, ehtiyaclı, qəmli və kədərli insanlar belə bir yuxu görsələr, qəm, sıxıntı və kədərdən qurtulmağa işarədir. Bu yuxu tacirlər üçün mallarının itəcəyinə, qonaqlar üçün yükünün yüngülləşəcəyinə, yaxınlarının vəfatına işarədir. Doğduğunu görsə, qəmdən xilas olar. Yuxuda qızı olduğunu görən şəxs borclanar. Yuxuda qızının öldüyünü və onun üçün qəbir qazdığını görən şəxs borcunu ödəyər.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir