Yuxuda Günəbaxan Görmək

Yuxuda Günəbaxan Görmək Yozması Nədir?

Yuxuda günəbaxan görmək, ümumiyyətlə, bəxtin açılmasına, problemlərin bitəcəyinə işarədir. Yuxuda Günəbaxan Görmək problemlərin bitəcəyindən, şansların açılacağına yozulur. Nəticədə yuxuda sarı günəbaxan görmək gələcəyin yaxşı olacağına işarədir. Bununla bərabər qazancının günü-gündən yaxşılaşacağından xəbər verir. Şöhrət və sərvət sahibi olmağa işarə edir. Xüsusilə yuxu sahibi üçün xeyrə yorzulur. Yuxuda çiçəkləri solmayan günəbaxan görmək şad xəbərə yozulur. Yetişmiş günəbaxan görmək zəhmətinizin qarşılığını alacaqsınız deməkdir. Yuxusunda günəbaxan əkdiyini görən faydalı bir iş görər. Günəbaxan yığdığını görən başladığı işdən nəticə alar və bəhrələnər. Yuxuda günəbaxan gülərüzlü evinə bağlı həyat yoldaşı kimi də yozulur. Bu həm də əri tərəfindən sevilən qadına işarə edir. Bəzən ailənin qız uşaqlarını göstərir. Həmçinin ruzi bolluğuna, məhsuldar qazanc və ya xoşbəxt həyata işarə edir.

Yuxuda Günəbaxan Tarlası (Sahəsi) Mənası Nədir?

Bir insan yuxusunda yaşıl günəbaxan tarlasını suvardığını görməsi, bu, hansısa gəlirli işə işarə edir. Bəzən günəbaxan əkilən tarlayı sulamaq arif və fəzilətli insana dəlalət edir. Yuxuda günəbaxan almaq yeni bir işə pul yatırmaq deməkdir. Yuxuda Tarladan günəbaxan kəsmək xoş xəbər almaqdır. Yuxuda günəbaxan yemək ruzinizin artacağına yozulur. Tarladan günəbaxan götürmək qohumunuzdan və ya dostunuzdan kömək alacağınız deməkdir. Tarlada günəbaxan əkdiyinizi görmək fayda və nəticə əldə edəcəyiniz bir işə yozulur. Yuxuda tarladan günəbaxan toplamaq (yığmaq) başladığınız işdən qazanclı çıxacağınıza işarədir. Günəbaxan tarlasında gəzmək həyat və xoşbəxtliyin bərəkətli fəslindən xəbər verir.

Yuxuda günəbaxan toxumu nə deməkdir?

Yuxuda günəbaxan toxumunu görmənin mənası xoşbəxtlik, sevinc, uşaq və ailənin dincliyidir. Yuxuda günəbaxan toxumu çırtlamaq görmək yorğunluğun və zıhmıtin sonu deməkdir. Günəbaxan tumları almaq xeyir və fayda əlamətidir. Bu çiçəyin toxumunu yemək xeyirə, faydaya və bərəkətli qazanca işarədir. Bu yuxu xəstə üçün şəfaya yozulur. Günəbaxan tumlarının qovrulması məhsuldar bir ilin başlamasına rəvayət olunur.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir