NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Yuxuda instrumental ifaçı görmək yalan sözlərlə yozulur. Yuxuda musiqi alətləri çaldığı yerdə oturmaq, sizin haqqınızda çoxlu söz-söhbətlərin (dedi-qodu) getdiyinə işarədir. Musiqi alətlərindən birini çaldığınızı görmək başqasından kiminsə haqqında pis sözlər eşitəcəyinizə işarədir. Çalğı çalınan yerdən sinirlənərək ayrıldığınızı görmək bəzi dedi-qodulara görə qəzəblənəcəyinizə işarədir. Yuxuda bir musiqiçi ilə qol-qola gəzdiyinizi görmək, bəzi yalanlara, əsassız işlərə sizin də qarışdığınıza işarədir. Bir musiqiçi ilə dava etdiyinizi görmək, uyğun olmayan bir insanla qarşılaşacağınıza yozulur. Bəzilərinə görə: İnstrumental İfaçı Görmək, sonu olmayan arzuların dalınca qaçmağa yozulur. Çoxlu instrumental ifaçının bir yerdə çaldığını görmək, böyük işlər görmək xəyalı ilə yuxu görəni aldadıb bəzi qeyri-mümkün işlər görməyə dəvət etməyə işarədir. Bir musiqi alətində ifa etdiyini görmək uzun müddətdir ki, düşündüyün yeni işi görməyə hazırlaşdığına işarə edir.