Yuxuda Meşəcüllütü Görmək

Yuxuda Meşəcüllütü Görmək Yozması Nədir?

Yuxuda Meşəcüllütü Görmək Yozması Nədir

Yuxuda meşəcüllütü (çilingdimdiyi) quşu görmək, xoş sözlülüyə, xoş xasiyyətli kişi və qadına işarədir. Yuxuda sığırçın görmək, çox səyahət edən adama yozulur. Kim meşəcüllütü tapdığını və ya satın aldığını görsə, belə adamla dost olur. Çoxlu meşəcüllütü quşlarının uçduğunu görmək bolluq və məhsuldarlığa işarə edir. Yuxuda meşəcüllütü, kənardan gələn maraqlı xəbərdir. Bəzi tərcüməçilərin fikrincə, yuxuda meşəcüllütü gözəl, ağıllı, mərhəmətli qadın deməkdir. Meşəcüllütü görmək, kimsə ilə tanışmağa işarədir. Yuxuda meşəcüllütü necə görünürsə görünsün, hər cəhətdən xeyir və mənffəətə işarədir. Bəzən meşəcüllütü görmək insanlarla dostluq və ünsiyyətə (özünü səmimi aparmağa, yaxşı münasibət qurmağa), dürüstlüyə, gözəl danışmağa işarə edir. Yuxuda müşəcüllüdü quşu görmək, sizə yoldaşınıza və köməkçi olacaq biri ilə tanışacağınıza işarədir. Meşəcüllütü ovladığınızı görmək, övlad sahibi olacağınıza və xəbər alacağınıza sübutdur.

Bəzilərinə görə: meşəcüllütü görmək qeybət etməyən gözəl, ağıllı qadına işarədir. Yuxuda meşəcüllütü görmək gözəl, ağıllı, həyat yoldaşına sadiq qadına işarədir. Yuxuda meşəcüllütü tutmaq aşiq olmağa, mərhəmət duymağa işarə edir. Bəzən meşəcüllütü ovlamaq alınacaq yaxşı xəbərin əlaməti hesab olunur. Yuxuda meşəcüllütü əti yemək, vaxtın gəlməsi gözlənilən qonaq, bəzən də gəlirli işə yozulur. Bəzən meşəcüllütü görmək, yuxu görənin xeyir görəcəyi birisi ilə qarşılaşacağına işarə edir. Əgər meşəcüllütü ovladığını görsə, həmin şəxsin şansının artacağına və ruzinin artacağına hökm edilir. Əgər subay adam belə bir yuxu görsə, bu, yuxu sahibinin xoşbəxt yuva (ailə) quracağına işarə sayılır. Bir insan yuxuda pəncərəsinə qonan bir meşəcüllüdünün görsə, bu, yuxu görənin şad xəbər alacağına işarədir.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir