Yuxuda Mismar Görmək

Yuxuda Mismar Görmək Yozması Nədir?

Yuxuda Mismar Görmək Yozması Nədir

Yuxuda mismar görməyin mənası mismarı necə gördüyünüzdən asılı olaraq bir neçə şəkildə yozulur. Yuxuda mismar görmək, qardaşlarının olmasına və ya onların xoşbəxtliyinə, hamilə qadın üçün sağlam övladı olacağına işarədir. Mismar görmək sadiq dostlar qazanmaq və ya evlənmək deməkdir. Mismar bəzən vasitəçiyə və incikliklərin barışmasına yozulur. Mismar görmək cəsur və dost olan bir insana işarə edir. Həmçinin mismar görmək qardaş-bacı, yardımçı və ya vasitəçi deməkdir. Mismar görmək orduya, əsgərə, köməkçiyə və pula işarədir. Bəzi şərhçilər mismarı pul kimi şərh ediblər. Mismar xalqın öz işini tapmasına vəsilə olan adama işarədir. Çox mismar güc və mənfəətə işarədir. Mismar almaq uğur qazanmaq üçün lazımi səbəblərə sarılmaq, fəzilətli və səxavətli birindən kömək almağa işarədir. Mismar evlilik deməkdir.

Yuxuda Paslı Mismarlar Görmək

Yuxuda paslanmış mismarlar görmək xeyirə yozulmaz. Yuxuda çoxlu paslı mismar görməyi sıxıntıya yozublar. Bəzi yuxu tərcüməçilərinə görə, çoxlu paslı mismar görmək xəstəliyə işarədir. Ümumiyyətlə, paslı mismar, fəsadçı bir cəmiyyətlə söhbət edən insanlara işarədir. Yuxuda mismarları görmək qəzəbini sovuşdurmaq deməkdir. Yuxuda paslanmış mismarlar çətin günlər yaşayacağınızın xəbərçisidir. Bu, insanın başqalarını aldadacağına işarədir.Paslı mismar görmək xəstəliyə, mismarın qırıldığını görmək isə işlərin pis gedəcəyinə işarə edir. Yuxuda görülən mismar paslı olarsa, yuxu sahibinin işləri tərs gedər.

Yuxuda Mismar Vurmaq

Ağaca, divara və ya ağacdan olan bir şeyə mismar vurmaq evliliyə işarədir. Yuxuda daş, beton və s. kimi şeylərə mismar vurmaq, olmayacaq bir işə girişməyə yozulur. Bir divara mismarla birşey vurmaq, məqsədə çatmaq deməkdir. Yerə və ya divara mismar vurduğunu görən adamın qardaş-bacısı evlənər. Kim arxasına mismar vurulduğunu görsə, yaxşı xasiyyətli oğlu olar, adı dünyada məşhur olar. Divara vurduğu mismarın möhkəm və sağlam qaldığını görmək, murada çatmağa və diləklərinin olacağına işarə edir. Qızıldan və ya gümüşdən mismar vurduğunu görən varlanar, ticarətlə pul qazanar. Divara mismar vurduğunu görən, qardaş bacısı ilə bir yerdə deyilsə, birləşib bir yerdə yaşayarlar. Kim bir şeyə mismar vurduğunu görən, evlənər. Yuxuda hündür bir yerə mismar vurduğunu görmək əzəmətə, şərəfə, etibara işarədir.

Yuxuda Mismar Yığmaq (Toplamaq)

Yuxuda mismar yığdığınızı görmək dövlət böyüyünə bozulur. Mismar məqsəd üçün alət olduğundan, yuxuda mismar yığdığını görən şəxs subaydırsa, tezliklə evlənəcəyinə yozulur. Yuxuda mismar yığmağın mənası, yuxu görən insana çoxlu miras qalacağına işarədir. Yuxuda mismar toplamaq, xeyirli qismət, yaxşı niyyətli, yardımsevər insan və qohum deməkdir. Yuxuda çoxlu mismar toplamaq yuxu sahibinin çox şeydən faydalanacağına işarədir.

Yuxuda Mismar Tapmaq, Mismar Tapdığını Görmək

Yuxuda mismar tapdığını görən adamın qardaş-bacısı olar. Mismar axtarmaq və tapa bilməmək eyni ildə çətinliyə düşəcəyinizə işarədir. Yuxuda mismar tapmaq qardaş kimi dostu ifadə edir. Mismar tapa bilməmək bəzən yolunu azmış uşağa xəbərdarlıq edən ailə böyüyü kimi yozulur. Yuxuda mismar tapmaq yuxu sahibinin güclü bir dostu olacağını bildirir. Kim yuxusunda mismar tapdığını görsə, qardaşından ayrılmaz, onu yanında saxlayar. Bir şeyi mismarla birləşdirdiyinizi görmək, kimsə ilə yaxın münasibətdən xəbər verir.

Yuxuda Mismarlı Taxta Görmək

Yaxşı işlər görməklə cəmiyyətdə hörmət qazanacağına, imkanlı şəxslərə tanışacağına yozulur. Yuxuda mismarlanmış taxta görmək, insanın daimi və etibarlı dostlar qazanacağına işarədir. Mismarlı taxta, yuxu görən adamın yaxınlarının sayəsində çətin vəziyyətlərdən xilas olacağına və rahatlıq tapacağına işarədir. Yuxuda mismarlanmış taxta görmək, hər zamankindən daha çox sevdiyi insanlarla böyük işlər görəcəyinə işarədir. Yuxuda mismarı kəlbətinlə çıxarmaq insanın öz məmləkətindən köç edəcəyinə işarədir. İş həyatında istədiyi nöqtəyə çatacağına, vəzifə və mövqe sahibi olacağına inanılır.

Yuxuda Mismar Batması, Ayağına Mismar Batdığını Görmək

Yuxuda çəkiclə vurduğunuz mismar bərk bir cismin içinə batırsa, çətin olanı başaracağınıza işarədir. Yuxuda bir şeyə mismar batması, çətinliklərin öhdəsindən gələcəyinə dəlildir. Başqa bir rəvayətə görə, taxtaya mismar batmasını görmək, yuxu görənin sevinəcəyi hadisələrin olacağına işarə edir. Deyirlər ki, bir şeyə mismar batdığını görənin, bir övladı olar. çoxlu mismar görmək qüdrət və qazanc əldə etməyə və ya qəzəbinə qalib gələrək sakitləşməyə işarə edir. Qulağının, ayağının və ya başqa bir orqanının bir şeyə mıxlandığını və ya bədəninə mismarın batdığını görmək, əleyhinə deyiləcək sözə və ya heyrət qalınacaq bir şeyə işarə edir. Bəzən ayağına mismar batdığını görən insan düşüncəsizcə səhvə yol verər.

Yuxuda Batan Mismarı Çıxarmaq

Kirmaniyə görə: Yuxuda mismar çıxardığını görmək, din və dünya işlərində israrlı olmağa işarədir. Yuxuda ayağa batan mismarı çıxarmaq xeyirə yozulur. Yuxuda bədənə batan mismarı çıxarmaq (başa, ələ) yuxu görən insan ya evlənər, ya da sadiq dostu olar. Yuxuda taxtadan və ya dirəkdən mismar çıxarmaq, yaxşı bir insandan xeyir görəcəyinizə işarədir. Yuxuda ağacdan mismar çıxarmaq güc və rifaha işarə edir. Yuxu görənin övladı elm və hikmət əldə edər. Kürəyinə vurulan mismar görmək, dəyərli, güc və qüdrət sahibi, şöhrəti bütün dünyaya yayılacaq mömin oğula işarədir. Ümumiyyətlə, yuxuda dırnaq görmək dörd (4) mənaya yozulur:

  • Bacı və ya qardaş,
  • övlad,
  • sadiq dost
  • evlənmək.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir