NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Yuxuda nazir görmək, həyatınızda bəzi müsbət dəyişikliklərin baş verəcəyinə işarədir. Yuxuda Nazirin gülümsədiyini görmək sevinc və xoş xəbərə, küsmüş üz görmək isə qəm və kədərə işarədir. Yuxuda nazirlər, baş nazirlər kimi dövlət adamlarını görmək, insanların problemlərinə çarə tapılacağına işarə edir. Yuxuda bir nazirlə danışdığınızı görmək məqsədinizə asanlıqla çatacağınıza işarədir. Nazirlə yemək yediyinizi və beləliklə də onunla dostlaşdığınızı görmək dövlət idarəsində gözləyən bir işinizin bu günlərdə baş tutacağından xəbər verir. Başqa bir rəvayətə görə: Nazir görmək və ya özünü vəzir kimi görmək xeyirə işarət edir. Eyni zamanda bu yuxu dövlət idarəsində işi olan və gözləyən adamın işinin həll olunacağına işarə kimi hesab olunur.