Yuxuda Övrət Yeri Görmək

Yuxuda Övrət Yeri Görmək Yozması Nədir?

Yuxuda öz və ya başqasının övrət yerini görmək bir çox mənada yozulur. Bu yuxunu görmə tərzinə görə, pis bir şeylə qarşılaşmağa, əcəlin yaxın olmasına, böyük təhlükə ilə üz-üzə qalmağa, yaxınlarından birinin ölümünə və ya olduğu yerdə böyük bəla və fəlakətin baş verməsinə yozulur. Ümumiyyətlə övrət yerini görmək varlılığa yozulduğu kimi, övlad sahibi olmaq kimi də yozulur. Yuxuda qadının övrət yerini (özəl hissəsini) görmək uzun ömür sürəcəyinə işarədir. Bir qadın kişinin övrət yerini (özəl hissəsini) görsə, bəd xəbər alacağına işarədir.

Başqa bir rəvayətə görə: Yuxuda paltarının düymələri açıq, övrət yerinin göründüyünü görən şəxs həyasızdır. Kim övrət yerinin açıldığını görsə və bundan utansa, düşməninin sevinəcəyi bir xətaya düşər. Övrət yerinin açıq olduğunu, bu vəziyyətdən utanmadığını və heç kimin ona baxmadığını görən insan, içində olduğu bəladan, sıxıntıdan və ya xəstəlikdən xilas olar. Əgər borclu olarsa, Allah (C.C.) onun borcunu ödəməsini asanlaşdırar. Qorxu içindədirsə, rahatlıq tapar. Yuxuda paltarını açılıb övrət (ədəb) yerinin görülməsi həyasızlığa işarədir. Yuxuda gözəl qadın görmək yaxşılığa və rahatlığa işarədir. Bu yuxu həm də gələcək ilin yaxşı olacağına işarə edir.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir